“Eurovision 2013” müsabiqəsinin Azərbaycan təmsilçisi bəlli oldu

"Eurovision 2013" təmsilçimiz Fərid Məmmədov

Bu il İsveçin Malmö şəhərində keçiriləcək 58-ci “Eurovision” Mahnı Müsabiqəsində ölkəmizi Fərid Məmmədov təmsil edəcək. Təmsilçimizin kimliyi “ButaPalace”da keçirilən  milli final şousunda bəlli olub.

Şouda iştirak edən 10 ifaçı--Vüqar Muradov, Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Leyla Əliyeva, Leyla Qafari, Fərid Məmmədov, Nigar Hüseynovavə Vlada Axundovada öz səs və səhnə imkanlarını numayiş etdiriblər. Onlar müsabiqədə  yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa ediblər. 

 İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru İsmayıl Ömərov, Xalq Artisti Zülfiyyə Xanbabayeva, Əməkdar Artist Tünzalə Ağayeva, Xalq Artisti, bəstəkar Faiq Sücəddinov, “Rast qrupu”nun bədii rəhbəri Rəşad Həşimov, “Eurovision Azərbaycan”ın musiqi koordinatoru Zəhra Bədəlbəyli, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mənzər Nurəliyevanın təmsil olunduqları münsiflər heyətinin qərarı ilə milli seçim turunun qalibi elan olunub. Münsiflərin qərarını final konsertinin aparıcısı Leyla Quliyeva açıqlayıb. Qərara əsasən Fərid Məmmədov birincilik qazanıb.

 Qeyd edək ki, final mərhələsi üçün təşkil olunan şouda Azərbaycana “Eurovision” mahnı müsabiqəsində qələbə sevincini yaşadan Eldar Qasımov, ötən il ölkəmizi bu yarışmada təmsil edən Səbinə Babayeva, Çingiz Mustafayev, “Ədalət və Pərviz” qrupu, eləcə də Rusiyanın tanınmış müğənnisi Yana Çurikova çıxış ediblər.

 Final konserti Avropa Yayım Birliyinin (EBU) üzvü və “Eurovision” müsabiqəsinin Azərbaycan üzrə rəsmi yayımçısı İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) ilə canlı yayımlanıb. Proqram www.itv.az, www.eurovision.tvwww.esctoday.com internet səhifələrində də canlı yayımlanıb.

 “Eurovision-2013” mahnı müsabiqəsinin yarımfinalı mayın 14-ü və 16-da, final mərhələsi isə 18-də baş tutacaq. Azərbaycan da daxil olmaqla, 39 ölkənin iştirak etdiyi müsabiqədə təmsilçimiz Fərid Məmmədov mayın 16-da çıxış edəcək.  “Eurovision-2013” mahnı müsabiqəsində Azərbaycan, Albaniya, Avstriya, Almaniya, Belarus, Belçika, Bolqarıstan, Xorvatiya, Kipr, Danimarka, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Latviya, Litva, Makedoniya, Malta, Monteneqro, Moldova, Niderland, Norveç, Rumıniya, Rusiya, San Marino, Serbiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Ukrayna, Böyük Britaniya və Ermənistan iştirak edəcəklər.
  “Eurovision-2013” şousunun iştirakçıları “We are one”, yəni “Biz birik” şüarı ilə bir araya gələcəklər. Müsabiqə İsveçin “Malmö Arena” konsert salonunda keçiriləcək.

 

 

Əfsanə Bayramqızı,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında