Dünya şöhrətli cazmen Al Cero Qəbələdə keçiriləcək beynəlxalq festivalda çıxış edəcəkdir

İyulun 25-dən avqustun 5-dək Azərbaycanın Qəbələ şəhərində Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Musiqi Xadimləri İttifaqının təşkilatçılığı ilə Pianoçuların II Beynəlxalq Festivalı keçiriləcəkdir.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti Fərhad Bədəlbəyli AzərTAc-a bildirmişdir ki, ötənilki tədbirdən fərqli olaraq bu il festival çərçivəsində müsabiqə keçirilməyəcəkdir. O vurğulamışdır ki, dünya şöhrətli musiqiçi, cazmen Al Cero festivalda konsert proqramı ilə çıxış edəcəkdir. Onun Qəbələ festivalı çərçivəsində konserti iyulun 27-də olacaqdır.
Festival çərçivəsində iyulun 25-də xalq artisti Fərhad Bədəlbəyli və əməkdar artist Murad Adıgözəlzadənin birgə konserti olacaqdır. Beynəlxalq musiqi bayramının proqramına uyğun olaraq Rusiyanın məşhur pianoçusu Boris Berezovskinin konserti də nəzərdə tutulmuşdur.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında