Davud MAMUT: “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının dünyada əhəmiyyəti əvəzolunmazdır

 

 

Bakıda artıq üçüncü dəfədir ki, keçirilən “Muğam aləmi” Beynəlxalq Muğam Festivalının dünyada əhəmiyyəti əvəzolunmazdır.

Bu sözləri Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə ölkəmizdə keçirilən “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalında iştirak edən Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Beautiful girls” musiqi kollektivinin rəhbəri Davud Mamut demişdir.

Bakıya ilk dəfə gəldiyini deyən qonaq şəhərin gözəlliyindən, xüsusilə paytaxtımızın gecələrinin möhtəşəmliyindən söz açmışdır:

“Buranın iqlimi də gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir”.

Ölkəmizin dinamik inkişaf etdiyini vurğulayan qonaq ötən gecə Bakını gəzdiyini qeyd edərək demişdir: “Gəzməli yerləriniz, fəvvarələriniz hər kəsdə yaxşı təəssürat yaradır. Burada hər şey səliqəlidir. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdirlər”.

D.Mamut Azərbaycan haqqında ən gözəl təəssüratlarını öz həmvətənləri ilə məmnuniyyətlə bölüşəcəyini bildirmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında