Beynəlxalq Muğam Festivalı çərçivəsində növbəti möhtəşəm konsert təqdim edilmişdir

 

 

Xəbər verdiyimiz kimi, martın 9-dan 19-dək Bakıda Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə “Muğam aləmi” Üçüncü Beynəlxalq Muğam Festivalı keçirilir.

Festival çərçivəsində martın 11-də Beynəlxalq Muğam Mərkəzində Çinin Sincan-Uyğur Muxtar Rayonunun “Özhalmukamı” milli orkestrinin “Gözəl qızlar” və İraqın “İraqi maqam” musiqi kollektivlərinin ifasında milli musiqilər, eləcə də Azərbaycan xanəndələrinin “Ustaddan şagirdə” muğam məclisi təqdim olunmuşdur.

Konsertdən əvvəl İraq və Çindən gəlmiş qonaqlar öz təəssüratlarını AzərTAc-ın müxbiri ilə bölüşmüşlər.

İraqın “İraqi maqam” musiqi kollektivinin rəhbəri Hüseyn Əl Ədhəmi demişdir ki, belə bir festivalın təşkili muğamla məşğul olan, onu tədqiq və ifa edənlərin görüşməsinə böyük imkanlar yaradır.

Rəhbərlik etdiyi kollektivin konsertdə milli İraq musiqilərini ifa edəcəyini söyləyən qonaq Bakıda olmasından məmnunluğunu bildirmişdir. Artıq üçüncü dəfədir ki, Azərbaycana səfər edirəm. Hər gəlişimdə paytaxtınızda baş verən müsbət dəyişikliklər insanı valeh edir.

“Gözəl qızlar” musiqi qrupunun üzvü Goharguli Vuşer Bakıda ilk dəfə olduqlarını söyləmişdir. Bildirmişdir ki, bizim qrupumuzda 6 xanım ifaçı yer almışdır. Dünyanın bir çox ölkələrində geniş konsert proqramları ilə çıxış etmişik. Bakıda olacağımız beş gün ərzində silsilə konsertlər verəcəyik.

Gecədə xalq artisti Mələkxanım Əyyubova, gənc xanəndələrdən Aqil Məlikov, Kamilə Nəbiyeva və başqalarının ifasında 7 əsas muğamımız əsasında hazırlanmış kompozisiya təqdim edilmişdir.

Xanəndələri xalq artistləri Möhlət Müslümov (tar), Fəxrəddin Dadaşov (kamança), əməkdar artist Nizami Abdullayev (balaban) və Ramin Abdullayev (nağara) müşayiət etmişlər.

Konsertdə təqdim olunmuş hər üç xalqa məxsus musiqi nömrələri böyük maraqla qarşılanmışdır.

AzərTAc 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında