Azərbaycanda qədim yaşayış məskəni aşkar olunmuşdur

 

 

Azərbayjanda eradan əvvəl III minilliyə, orta tunc dövrünə aid yeni yaşayış məskəni aşkar edilmişdir.

Bu barədə APA-ya Azərbayjan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun Şəki-Qax-Oğuz Arxeoloji Ekspedisiyasının rəisi Nəsib Muxtarov məlumat vermişdir.

Onun sözlərinə görə, Şəkinin Kiçik Dəhnə kəndi ərazisində Ağqabırlı deyilən ərazidə aşkar olunan yeni yaşayış məskənində eramızdan əvvəl III minilliyin axırından I minilliyin əvvəllərinə qədər təxminən 2000 ilə yaxın müddətdə fasiləsiz yaşayış olmuşdur: “Arxeoloji materiallar göstərir ki, qeyd olunan dövrdə burada oturaq əkinçiliklə, yaylaq-qışlaq təsərrüfatına uyğun olan maldarlıq inkişaf etmişdir. Yaşayış məskəninin mədəni qatı iki təbəqədən ibarətdir. Bu isə onu göstərir ki, ərazini ən azı iki dəfə sel basıb. Amma qısa müddətdə burada yenidən məskunlaşma olmuşdur. Ərazidə aparılan qazıntılar zamanı keramika, dulusçuluq qabları, insan və heyvan sümükləri, əmək alətləri, əhəng daşından olan müxtəlif əkinçilik alətləri, müxtəlif daş növlərindən sürtgəclər, həvəngdəstə tapılıb. Hələlik metala təsadüf olunmamışdır”.

N.Muxtarov demişdir ki, Ağqabırlı yaşayış yerinə yaxın ərazidə nekropol və kurqanlar qrupu da qeydiyyata alınmışdır. Bu kurqanlar traktorlar şumlama apararkən yerüstü hissəsi dağılan 120-dək kurqanın daxil olduğu Ağdərə nekropolunun qonşuluğundadır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında