Gürcüstan və Almaniyada Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün treninqlər keçirilmişdir

 

 

“European House”nun təşkilatçılığı, Almaniyanın Robert Boş Fondu, Marşal Fondu, MitOst təşkilatının dəstəyi ilə Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün Gürcüstan Respublikasının Tbilisi, Almaniyanın Berlin şəhərlərində keçirilmiş treninqlərdə Azərbaycan Turizm İnstitutunun baş müəllim Sevil Kərimova da iştirak etmişdir.

Proqrama uyğun olaraq treninqin birinci mərhələsinin Cənubi Qafqaz regionunda, ikinci mərhələsinin isə Almaniyada keçirilməsinin qərara alındığını bildirən S. Kərimova qeyd etmişdir ki, tədbirin başlıca məqsədi Cənubi Qafqaz regionunda mədəniyyət menecerlərinin fəaliyyətlərinin inkişafı və regionda mədəniyyətlərarası mübadiləni genişləndirməkdən ibarətdir.

Treninq proqramının Gürcüstanın Tbilisi şəhərində keçirilmiş birinci mərhələsi almaniyalı mütəxəssis Katerina Lisovtis və Karolin Savçuk tərəfindən aparılmışdır. Tədris zamanı layihənin müəyyənləşdirilməsi, məqsəd və vəzifələri, struktur planı, büdcə istiqamətləri, strateji planlaşdırılma və digər məsələlərə aydınlıq gətirilmişdir. Təlimin sonunda iştirakçıların hazırladıqları layihələrin təqdimatı olmuşdur. Treninqlə bağlı təəssüratını bildirən S. Kərimova demişdir: “ATİ-nin təmsilçisi kimi hazırladığım foto-sərgi konsepsiya layihəsini treninqdə iştirakçılara təqdim etdim. Təlim günlərində iştirakçılarla birlikdə Gürcüstan Milli Muzeyində bir sıra görüşlərimiz oldu.

Cənubi Qafqaz regionunun mədəniyyət menecerləri üçün nəzərdə tutulmuş treninq proqramının ikinci mərhələsi qeyd etdiyim kimi Almaniyanın Berlin şəhərində keçirilmişdir. Altı günlük treninq zamanı Almaniyanın mədəniyyət siyasətinin əsas istiqamətləri haqqında mühazirələri dinlədik. Tədbirin son günü isə təcrübə aparmaq üçün Berlinin bir küçəsində tədqiqat apardıq. Mədəni tədbir layihəsi çərçivəsində keçirilən təcrübənin yekunu kimi qaliblərə sertifikatlar təqdim olundu. Berlin Mədəniyyət Mərkəzi ilə tanışlıq, şəhərə gəzintilər, Yəhudi Memorial Kompleksinə ziyarət, 63-cü Berlin Kino Festivalında iştirak, “Türksoy” təşkilatının dəstəyi ilə Türk Diaspora nümayəndələri ilə görüşlər yaddaqalan oldu”.

Treninqin sonunda qərara alınmışdır ki, Robert Boş Fondu və MitOst təşkilatının reallaşdırdığı proqramlar barədə iştirakçılar təmsil etdikləri ali məktəb tələbələrini tanış etsinlər. ATİ-nin Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması ixtisasında təhsil alan tələbələr üçün xüsusi təqdimatlar hazırlanması nəzərdə tutulmuşdur.

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında