Marsel AVRAM: Bakının qədim və müasir memarlıq nümunələri bu şəhərə xüsusi gözəllik verir

 

 

 

Bakının qədim və müasir memarlıq nümunələri bu şəhərə xüsusi gözəllik verir. Mən Azərbaycanı Şərq və Qərb mədəniyyətlərinin qovuşduğu bir ölkə kimi səciyyələndirərdim.

AzərTAc xəbər verir ki, bu sözləri martın 5-də dünya şöhrətli prodüser Marsel Avram “Four Seasons Hotel Baku”da keçirdiyi mətbuat konfransında demişdir.

M.Avram CNN telekanalında yayımlanan videoçarxlar vasitəsilə ölkəmiz haqqında məlumatlar əldə etdiyini bildirmişdir. Məşhur prodüser vurğulamışdır ki, gəlişinin məqsədi Azərbaycanı ətraflı tanımaq, dünya şöhrətli ulduzların ölkəmizdə konsert proqramlarının, eləcə də beynəlxalq layihələrin həyata keçirilməsini müzakirə etməkdir.

Marsel Avram dünya şöhrətli Beyonsun Bakıda konsert verməsi məsələsinə toxunaraq bildirmişdir ki, müğənni Türkiyədəki çıxışından dərhal sonra Azərbaycan paytaxtına səfər üçün hazırlıqlara başlayacaqdır.

Qonaq Xəzər dənizi, İçərişəhər, Qız qalasının onda unudulmaz təəssürat oyatdığını qeyd etmişdir.

M.Avram, Bakıda Şərq və Qərb elementlərini özündə birləşdirən memarlıq nümunələrinə heyran qaldığını, həm qədim, həm də müasir arxitekturanın valehedici olduğunu diqqətə çatdırmışdır.

Məşhur prodüser, eləcə də şəhərdəki restoranların, Azərbaycan mətbəxinin, milli yeməklərin çox gözəl olduğunu demişdir. M.Avram, həmçinin vurğulamışdır ki, bu ölkənin insanları çox mehriban, qayğıkeş və enerjilidirlər. “Buranın iqlimi də gözəldir. Bakının qədim və müasir tikililəri diqqəti xüsusilə cəlb edir. Sakinlərin qonaqpərvərliyini, qayğıkeşliyini isə unutmaq mümkün deyildir”.

Bakıda keçirilmiş “Eurovision-2012" mahnı müsabiqəsini də izlədiyini söyləyən M.Avram, ölkəmizin ev sahibliyi etdiyi bu mötəbər yarışmanı ən möhtəşəm şoulardan biri kimi dəyərləndirmişdir.

Marsel Avram 45 illik fəaliyyəti ərzində Maykl Cekson, Pink Floyd, U2, Rolling Stones, Madonna, Rod Stevart, Selin Dion, Elton Con, Tina Turner və digər ifaçılarla çalışmışdır. İndiyədək dünyanın müxtəlif ölkələrində tanınmış müğənnilərin konsert proqramlarının təşkilatçılığını həyata keçirmiş və çoxsaylı uğurlara imza atmışdır. Eyni zamanda Frenk Sinatra, Semmi Devis kiçik, Barbra Streysand, Tom Cons və Layza Minelli, eləcə də Plasido Domingo və Xose Karreras Eros Ramazzotti konsertləri və turlarını məhz M.Avrama həvalə etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında