Vilnüsdə “Sonu olmayan dəhliz” filminin təqdimatı keçirilmişdir

 

 

Litvanın paytaxtı Vilnüs şəhərinin ən böyük kinoteatrı “Forume Cinema Vingis” mərkəzində “Sonu olmayan dəhliz” filminin təqdimatı keçirilmişdir.

Fonddan Trend-ə verilən məlumata görə Azərbaycanın Litvadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan təqdimatda Litvanın dövlət və siyasi xadimləri, millət vəkilləri, məşhur prodüser mərkəzlərinin rəhbərləri, mədəniyyət və incəsənət xadimləri, gənclər təşkilatlarının liderləri, jurnalistlər iştirak etmişlər. 400 nəfərdən çox iştirakçının olduğu tədbirdə filmin prodüseri Andrius Brokas, rejisoru Mindauqas Urbanaviçius “Sonu olmayan dəhliz” filmini Avropanın bir çox ölkələrindən olan kinematoqrafçıların birgə səyi ilə dörd il ərzində ərsəyə gətirdiklərini qeyd etmişlər.

Təqdimat mərasiminə xüsusi dəvət olunmuş filmin iştirakçıları Litva, İngiltərə, Rusiya, Ermənistan və Azərbaycan jurnalistləri və hüquq müdafiəçiləri filmin nümayişindən öncə çıxış etmişlər.

Qarabağda erməni vəhşiliklərini öz gözləri ilə görən litvalı hərbi jurnalist Riçardas Lapaitis təəssüratlarını bölüşmüşdür.

Sonra “Sonu olmayan dəhliz” filmi nümayiş olunmuşdur.

Litvanın sabiq xarici işlər naziri, millət vəkili Audronius Ajubalis, Litva Seymində Azərbaycanla dostluq qrupunun rəhbəri deputat Yuras Pojela, Litvanın xarici və daxili işlər, müdafiə nazirliklərinin nümayəndələri, eləcə də digər qonaqlar səfir Həsən Məmmədzadə ilə söhbətlərində insanlığa sığmayan bu vəhşiliklərdən dərindən təsirləndiklərini bildirmişlər.

Səfir Həsən Məmmədzadə Xocalı faciəsinə yaxın gələcəkdə ədalətli qiymət veriləcəyinə, qətliamı törədənlərin layiqli cəzalarını çəkəcəklərinə inandığını qeyd etmiş, Litvanın da bir çox ölkələr kimi Xocalı soyqırımını tanıyacağına ümid etdiyini bildirmişdir.

Tədbir barədə Litvanın nüfuzlu KİV-də - Delfi.lt, 15 min.lt, Alfa.lt, Penki.lt informasiya agentliklərində yazı və məqalələr dərc olunmuşdur. Penki TV televiziyası “Endless corrisdor - Dağlıq Qarabağ dramı” adlı xüsusi veriliş hazırlamış, səfir Həsən Məmmədzadənin müsahibəsini yayımlamışdır.

“Sonu olmayan dəhliz” filmi mart ayında keçiriləcək 18-ci Vilnüs beynəlxalq kino festivalında “Bahar kinosu” çərçivəsində iki dəfə nümayiş olunacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında