Azərbaycan Minsk Kitab Sərgisində uğurla təmsil olunub

 

 

 

Belarus paytaxtındakı “BelEkspo” Milli Sərgi Mərkəzində XX Minsk Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Bu barədə  Mədəniyyət  və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyi aparat rəhbərinin müavini-kadrlar şöbəsinin müdiri Cavanşir Cəfərov, nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin məsləhətçisi Elbəy Əli, Miniatür Kitab Muzeyinin təsisçisi və direktoru Zərifə Salahova, “Letterpress” nəşriyyat evinin direktoru Cabir Əsədov təmsil ediblər.

26 ölkədən nəşriyyatların təmsil olunduğu, bu il 20 illiyi qeyd edilən sərgi-yarmarkada 12 kvadratmetrlik sahədə Azərbaycan stendi qurulub və burada 150 adda 250 nüsxədən artıq çap məhsulları, o cümlədən tariximizə, Qarabağa, zəngin mədəniyyət və incəsənətimizə həsr olunmuş Azərbaycan və rus dillərində nəfis tərtibatlı kitablar nümayiş etdirilib. Ziyarətçilərə Azərbaycanla bağlı məlumatların əks olunduğu jurnallar, müxtəlif dillərdə turizm xarakterli bukletlər, kitabçalar, xəritələr, CD-lər, son illər nəşr olunan nəfis kitablar hədiyyə olunub.

Sərgi iştirakçıları ilə söhbət zamanı Azərbaycanda gedən inkişaf prosesindən, quruculuq işlərindən, mədəniyyətimizin qədim tarixindən və bu günündən, eyni zamanda, Qarabağ problemindən söz açılıb. Beynəlxalq sərgi-yarmarka həm müxtəlif ölkə nəşriyyatları ilə əməkdaşlığın yaranması, həm də ölkəmizin tarixini, mədəniyyətini çap məhsulları vasitəsilə tanıtmaq baxımından mühüm rol oynayıb.      

Sərgi-yarmarkada Azərbaycan ədəbiyyat nümunələrinin belarus dilində, Belarus ədəbiyyat nümunələrinin isə ana dilimizdə yer alacağı kitabın nəşr olunması barədə fikir mübadiləsi də aparılıb. Birgə layihələrə əcnəbi mütəxəssislərin cəlb olunması ilə bağlı müəyyən razılıqlar əldə olunub. Azərbaycan nümayəndə heyəti müxtəlif ölkələrin nəşriyyatlarını bu il keçiriləcək III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına dəvət edib.

Sərginin sonunda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi “Milli ekspozisiyanın təşkilinə görə” diplom ilə təltif olunub. Qeyd edək ki, ölkəmiz Minsk sərgisində artıq yeddinci dəfədir ki, iştirak edir. 

 M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında