Xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş “Qatil” tamaşası Şimali Kiprdə göstərilmişdir

 

 

Şimali Kipr Dövlət Teatrında xalq yazıçısı Elçinin əsəri əsasında səhnələşdirilmiş “Qatil” tamaşası göstərilmişdir.

Azərbaycanlı rejissor Mehriban Ələkbərzadənin quruluş verdiyi tamaşa Lefkoşadakı Atatürk Mədəniyyət Mərkəzində göstərilmiş və anşlaqla keçmişdir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ilə Şimali Kipr Dövlət Teatrları İdarəsi arasında imzalanmış protokol əsasında səhnələşdirilmiş tamaşada rolları Oya Akın, Tuyqun Töre, Yılsay Özbudak və Bilen Kılıç ifa etmişlər.

Şimali Kipr Dövlət Teatrının rejissoru Yılsay Özbudak həm də tamaşanın rejissor köməkçisi olmuşdur. Gözəl səhnə effekti və musiqi tərtibatının müəllifləri olan Hüseyin Özinal və Utku Yerebakanın səyləri tamaşaya xüsusi ahəng qatmışdır.

Tamaşaya baxan Şimali Kiprin turizm, ekologiya və mədəniyyət naziri Ünal Üstel AzərTAc-ın xüsusi müxbirinə bildirmişdir ki, Lefkoşada göstərilən “Qatil” pyesi teatrsevərlərin böyük marağına səbəb olmuşdur. Bu tamaşanı Şimali Kiprin mədəni həyatında əlamətdar hadisə kimi dəyərləndirən nazir qeyd etmişdir ki, qardaş Azərbaycanla son illər mədəniyyət, turizm və təhsil sahələrində əməkdaşlıq inkişaf etmişdir.

Rejissor Mehriban Ələkbərzadə vurğulamışdır ki, İstanbulda və digər şəhərlərdə böyük uğurla səhnələşdirilmiş “Qatil” tamaşası sosial dəyişikliklər fonunda dərin mənəvi-psixoloji reallıqları əks etdirir. Bu səbəbdən Türkiyə mətbuatında bu pyesin məziyyətlərindən bəhs edən geniş yazılar da dərc olunmuşdur.

Tamaşanın sonunda nazir Ünal Üstel yaradıcı kollektivə xatirə hədiyyələri təqdim etmiş, onlara uğurlar diləmişdir.

Lefkoşada Şimali Kipr Dövlət Teatrının direktoru Hakan Yozcu və Azərbaycan Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov arasında 2013-cü ildə əməkdaşlığa dair protokol da imzalanmışdır. “Qatil” tamaşası imzalanmış protokola görə Azərbaycan tamaşaçısına da təqdim ediləcəkdir.

Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Lefkoşa


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında