Xəyanətdir “Daş yuxular”

 

 

 

 

 

 

 

 

Əylisli ləqəbinlə

Tanındın dünyada sən

Sinəndəki ordenlə

Fərəhlənib coşurdun ,

Qalxdın uca zirvəyə

Dedin bu da azdır, az.

Yazdığın romanınla

Olmazın yalanları

Şüar tutdun əlində

Sanki qəhrəman oldun

Dığaların dilində.

Əlindəki  qələmin

Necə qıydı millətə?

Mürəkkəbi qurusun,

Yazdıqların pozulsun,

Bir yuxu tək yozulsun,

Sənə yazıqlar olsun!

Azərbaycanlı qanı

Axsaydı damarında,

Yazıların çıxmazdı

Rusların “ jurnalında .“

Beləcə getməlisən

Yazıçı birliyindən,

Yoxdur sənə əsla yer!

Gör bir nələr yapmısan,

Alov olmayan yerə

Qığılcımı atmısan,

Millətindən qaçmısan,

Erməni bucağında ,

Özünə yer tapmısan.

Bəlkə xəstələnmisən,

Ağlın çıxıb başından,

Hörmətli şairimiz

Bəxtiyar Vahabzadə

O vaxtlar da yazmışdı,

Sənin satqınlığını,

Millətinə açmışdı.

Yersiz danışığınla

Kamança məxsusluğun

Əlimizdən almısan,

Erməniyə satmısan.

Görkəmli ustadımız

Habili ağlatmısan.

Ay zavallı, ay yazıq,

Qeyrətin var azacıq,

“Sobaçı sın” sözünü

Necə gətirdin dilə?

Hörmətsizlik eylədin,

Azərbaycan elinə.

Axı bu torpaqda sən,

Necə durub gəzirsən?

Millətini sevəni

Bir qoz kimi əzirsən,

Susmalısan, susmalı!

Bütün Azərbaycanda

Doğulan körpələrin

Dilləri açılanda

İlk kəlməsi bu olsun,

Satqınlara ar olsun!

Millətimiz var olsun !

Yazdığın romanınla

Alovlanıb yanasan!

O, zaman kimliyini

Bəlkə də sən qanasan.

Qalmalısan yaddaşda,

Çirkin yazılarınla

Millətini söymüsən,

Deyirsən bu fikrimdir,

Azadlıqdır azırsan,

Həqiqət nə olduğun

Anlamırsan coşursan,

Yalanların içində

Yalana qovuşursan.

Hardandır bu millətə,

Etdiyin nifrət hardan?

Çox güman ki, sifariş

Gəlibdir sənə “ordan” .

Yalanı doğru kimi,

Romanında yazmısan

Yolunu da azmısan.

Qocalmısan demirəm ,

Çünki ahıl deyilsən.

Gör bir nə vaxtdan bəri,

Millətin çörəyini,

Rahatınca yeyirsən

Ona nankor deyirsən.

Özünə yaraşanı,

Millətinə deyirsən.

Bizə düşmən olanın

Millətini sevirsən,

Özünü azad yazar,

Qəhrəman tək öyürsən.

Erməni gülləsinə,

Tuş gələn övladlara,

Çirkin əməllərinlə,

Şər böhtan da atırsan.

Bir şey etməmış kimi,

Rahatlıqla yatırsan,

Millətini satırsan,

Keçməz belə əməlin,

Çirkin düşüncələrin,

Səni rüsvay edəcək,

Yazdığın  “Daş yuxuların ,“

Edildi sənə uyğun

Gənclərin tərəfindən,

Tabutlara qoyuldu.

Dəfn mərasimi də,

Sənə uyğun quruldu .

Tutduğun əyri yolun

Sənə uğur gətirməz.

Qəhrəmandır xalqımız,

Heç kimsəyə əyilməz.

Xocalı meydanında,

Qara lövhə qurulsun,

Şəhidlərin naləsi,

Sənin gözünü tutsun.

Evindən, eşiyindən,

Didərgin düşənlərin

Heç halına yanmırsan?

Düşmən əsirliyidən,

Qanıyla məktub yazan,

Məzlum Ana – bacılar,

Atalar və oğullar,

Millətini satana ,

Nə qiyməti verəcək?

Səni qara daşlarda

Satqın kimi görəcək,

Sənə satqın deyəcək.

Ey millətini satan,

Yalandan böhtan atan,

Sənə ayıblar olsun,

Sinən ağrıyla dolsun!

Azərbaycan milləti

Düşmənlərə əyilməz!

Üç rəngli bayrağımız,

Əbədidir, yenilməz!

 

Bəxtiyar  Yolocaqlı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında