Serbiyanın birinci xanımı Dənizkənarı Milli Parkı gəzmişdir

 

 

Azərbaycanda rəsmi səfərdə olan Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçin  xanımı Dragitsa Nikoliç fevralın 9-da Dənizkənarı Milli Parkı gəzmişdir.

Gəzinti avtobusları ilə parkı gəzən qonağa məlumat verildi ki, Bakının ən maraqlı və spesifik təbii şəraiti olan guşələrindən biri də bulvardır. Bu məkan şəhər sakinlərinin, qonaqların ən sevdiyi yerlərdən biridir. 1998-ci il dekabrın 29-da Prezident Heydər Əliyevin sərəncamı ilə Dənizkənarı bulvara “Milli Park” statusu verilmişdir. Bu gün Milli Park ərazisinin böyüklüyünə görə Parisin Sena çayı sahilindəki parkdan sonra Avropada ikincidir.

Qeyd edildi ki, son illər Milli Parkda böyük tikinti və abadlıq işləri həyata keçirilmişdir. Bulvarın ərazisi dənizə doğru bir neçə metr genişləndirilmiş, yaşıllıq artırılmış, müxtəlif ölkələrdən gətirilmiş yeni dekorativ ağac və kollar əkilmişdir. Parkda yeni elektrobuslar, faytonlar, dəniz gəmiləri xidmət göstərir.

Qonağa Dənizkənarı Milli Parkın yeni tikilən hissəsi, “Yaxt-klub” restoran kompleksi, “Eurovision” mahnı müsabiqəsinin keçirildiyi “Baku Crystal Hall”, Dövlət Bayrağı Meydanı, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni bina haqqında məlumat verilmişdir.

Qeyd edilmişdir ki, dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar tikilmişdir. Bu, Prezident İlham Əliyevin Azərbaycanın müasir simasının yaradılması istiqamətində həyata keçirdiyi tədbirlər silsiləsinin mühüm tərkib hissəsidir.

Sonra Serbiyanın birinci xanımı parkın ən gözəl guşələrindən biri - “Kiçik Venesiya şəhərciyi” adlanan ərazidə olmuşdur. Bildirilmişdir ki, 1960-cı illərdə salınan şəhərcik Dənizkənarı Milli Parka gələnlər üçün sevimli istirahət yeridir. Qeyd edilmişdir ki, şəhərcikdə yaradılmış müasir iaşə obyektlərində həm Qərb, həm də Şərq mətbəxinin ləziz nümunələri müştərilərə təqdim olunur. Əsaslı yenidənqurmadan sonra ötən il mayın 28-də istifadəyə verilmiş və əsl Venesiyanı xatırladan “Kiçik Venesiya şəhərciyi” öz gözəlliyi ilə paytaxta xüsusi yaraşıq verir. Serbiyanın birinci xanımı burada çay süfrəsinə qonaq oldu. Milli Parkla tanışlıq qonaqda xoş təəssüratlar yaratdı.

Daha sonra İçərişəhərə gələn xanım Dragitsa Nikoliç “YARAT!” Müasir İncəsənət Məkanının “YAY!” qalereyasında açılmış “PAT vəziyyəti” adlı sərgi ilə tanış olmuşdur. Məlumat verilmişdir ki, sərgidə bir qrup gənc rəssamın əsərləri nümayiş etdirilir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında