Gəncənin qədim yeraltı yollarının tədqiqinə başlanılmışdır

 

 

Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin yeraltı yollarının tədqiqinə başlanılmışdır.

 Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Gəncə Regional Elmi Mərkəzinin (GREM) elmi işlər üzrə direktor müavini Samir Pişnamazzadə məlumat vermişdir. Onun sözlərinə görə, hazırkı Gəncə şəhərinin altında qədim Gəncə yerləşir. Qədim Gəncənin yeraltı yollarının müəyyən bir hissəsində araşdırmalar aparılacaq və burada yeraltı muzey yaradılacaq: “Bununla əlaqədar ölkə başçısının tapşırığı var. Artıq şəhərin mərkəzi hissəsində bu yeraltı yola giriş açılmışdır. Burada yeraltı yollardan ibarət muzey yaradılacaq”.

 S. Pişnamazzadə qeyd etmişdir ki, Gəncə şəhərinin altı başdan-başa  yeraltı yollardan ibarətdir: “Gəncənin strateji mövqeyi elə olub ki, daim hücumlar, yürüşlər baş verib. Azuqə saxlamaq, mülki əhalini qorumaq üçün belə yollar çox əhəmiyyətli olub. Yerin altında ikimərtəbəli fayton yolları belə olub. Bu tədqiqatlar əvvəllər nəzəri baxımdan aparılıb. Tədqiqatların bütün şəhərin altını əhatə etməsi mümkün deyil. Çünki sovet dövründə bu yollardan bəziləri bağlanıb, bəzilərindən həbsxana kimi istifadə ediblər.

Əsasən SSRİ dövründə bu yolların çoxu dağıdılıb. Bəzi yollar tutulub, oksigensiz hərəkət etmək mümkün deyil. Çünki hava yollarını bağlayıblar. Ona görə də təqribən 1 kilometrə qədər ərazi tədqiqata cəlb ediləcək. Gəncənin yeraltı yolları İmamzadə türbəsinə qədər uzanır. Bu yolların tarixi 8-ci əsrə gedib çıxır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında