Beynəlxalq turizm sərgisində Azərbaycan da iştirak edir

 

 

“HT&T 2013” Beynəlxalq Turizm Sərgisində iştirak etmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti 2013-cü ilin 26-30 yanvar tarixində İran İslam Respublikasında səfərdədir.

Yanvarın 27-də “HT&T” Beynəlxalq Turizm Sərgisinin açılışı olub. 60 kvadratmetrlik Azərbaycan stendində 4 turizm şirkəti və 3 mehmanxana iştirak etmişdir. Stendə müraciət edənlərə Azərbaycanın mədəniyyəti və turizm potensialını əks etdirən müxtəlif çeşidli çap məhsulları təqdim olunub. Açılışda Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov, İran İslam Respublikasının mədəni irs, əl sənayesi və turizm təşkilatının sədr müavinləri M.Cahanian, S.Alavian, digər dövlət nümayəndələri və şirkətlərin rəhbərləri iştirak etmişlər. Azərbaycana aid olan stend tədbir iştirakçılarında xüsusi maraq yaradıb. Tədbir iştirakçılarını Azərbaycanın stendi ilə tanış edən nümayəndə heyəti ölkəmiz haqqında geniş məlumat verib. Tədbirin sonunda hər iki ölkənin turizm şirkətlərinin iştirakı ilə dəyirmi masa təşkil olunub, Azərbaycan turizm şirkətlərinin İran bazarındakı mövcud vəziyyəti, problemlər, perspektivlər və digər aktual məsələlərə dair müzakirələr aparılıb.

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında