Azərbaycan İran, Türkiyə və Hindistandan qədim əlyazmalar alacaq

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutu İran, Türkiyə və Hindistandan qədim əlyazmalar alacaq.

Bu barədə APA-ya İnstitutun direktoru Paşa Kərimov bildirib. Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan ədəbiyyatına və tarixinə aid əlyazmaların surətləri ölkəyə gətiriləcək. Artıq bununla bağlı iş gedir.

Əlyazmalar daha çox XV-XVI əsrlərdən - Səvəfilər dövründən XIX əsrə qədər olan prosesləri əhatə edəcək. Onların arasında Şah İsmayıl Xətainin nəvəsi İbrahim Cahinin klassik qəzəlləri də var.

İndiyədək Əlyazmalar İnstitutu yalnız Azərbaycanla əlaqədar əlyazmaların ölkəyə gətirilməsinə çalışıb. Lakin bundan sonra bütün Şərq aləminə aid əlyazmaların da Azərbaycana gətirilməsi üçün iş aparılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında