Mirzə Fətəli Axundzadənin Tbilisidəki Ev Muzeyində təmir-bərpa işləri aparılmışdır

 

Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin Gürcüstan paytaxtındakı Ev Muzeyində təmir-bərpa işləri başa çatmışdır. APA -nın Gürcüstan bürosunun məlumatına görə, təmir-bərpa işləri ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə aparılmışdır.

ARDNŞ-in nümayəndəsi Şövqi Mehdizadə bildirmişdir ki, yaxın günlərdə Ev Muzeyinin bərpadan sonra açılışı keçiriləcək: “Mirzə Fətəli Axundzadənin həyat və yaradıcılığının 44 ili Tbilisi şəhəri ilə bağlıdır. Onun Tbilisi mühiti ilə əlaqəsi ömrünün gənc çağlarından başlamışdır. ARDNŞ-in Gürcüstan nümayəndəliyinin bu böyük insanın Ev Muzeyini milli ornamentlərlə bəzədilərək daha gözəl və yaraşıqlı şəkildə bərpa etməkdə məqsədi gələcək nəsillərə babalarımızın mirasını olduğu kimi çatdırmaqdır”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında