Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın xalq artisti Aleksandr Şarovskini “Puşkin medalı” ilə təltif etmişdir

 

 

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin fərmanı ilə Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, xalq artisti Aleksandr Şarovski mədəniyyətin və incəsənətin inkişafına verdiyi töhfəyə görə “Puşkin medalı” ilə təltif edilmişdir.

 Puşkin medalı ilə Rusiya vətəndaşları və əcnəbilər incəsənət və mədəniyyət, təhsil və ədəbiyyat sahəsində nailiyyətlərinə, mədəni irsin öyrənilməsinə və qorunmasına verdikləri töhfələrə, millətlər və millətlərin mədəniyyətlərinin yaxınlaşmasında əməyinə görə təltif edilir. Bu medal bir qayda olaraq 20 il və ya daha çox humanitar və ictimai işlər üzrə fəaliyyət göstərənlərə verilir.

 Bu ilin fevral ayında A. Şarovskinin 65 yaşını qeyd edəcəkdir. 1976-cı ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyən  Aleksandr Şarovski 1993-cü ildən bu sənət məbədində baş rejissor vəzifəsində çalışır. Bu illər ərzində səhnədə 50-dən çox rol oynamış, 4 kinofilmdə çəkilmiş, 54 tamaşaya quruluş vermişdir. Onun səmərəli fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək qiymətləndirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında