Rəşid Behbudov adına Mahnı Teatrı əsaslı təmir olunacaq

Bu barədə teatrın lent.az saytı məlumat yaymışdır. Məlumatda bildirilir ki, iyulun 20-dən etibarən teatrın işçiləri məzuniyyətə buraxılacaq. Bundan sonra təmir işlərinin başlanması planlaşdırılır.
Əsaslı təmir Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçiriləcək. Keçən il teatrın fasadı təmir olunmuş, pəncərələri yenilənmişdi. Bu il isə otaqların, zalın, səhnənin təmiri, yeni texniki avadanlıqların, kondisioner sisteminin quraşdırılması gözlənilir. Yeni teatr mövsümünə kimi təmir işlərinin başa çatması, təbii ki, real deyil. İş çox olduğundan təmir işləri xeyli davam etdiriləcək.
Qeyd edək ki, Mahnı Teatrı 1968-ci ildə dünya şöhrətli korifey sənətkarımız Rəşid Behbudovun təsisçiliyi ilə yaradılıb. O zaman teatr Kukla Teatrının ikinci mərtəbəsində fəaliyyət göstərib. 1988-ci ildə isə hazırda yerləşdiyi binaya köçüb. O vaxtdan indiyədək teatrın binasında əsaslı təmir işləri aparılmayıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında