Azərbaycanda tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılmışdır

 

Mədəniyyət və turizm nazirinin müvafiq tapşırığına əsasən Azərbaycanda mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılmışdır.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu məqsədlə “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanmış və onlara Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq institutları tərəfindən müsbət rəy verilmişdir. İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulur.

 Qeyd edək ki, ölkəmizdə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılmışdır. Bu müddət ərzində 1000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6308 tarix və mədəniyyət abidəsi yer almışdır. Bundan əlavə təxminən 2000-ə yaxın yeni aşkar olunmuş  abidə vardır ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında