“Mahmud və Məryəm” filmi martda ekranlara çıxacaq

Son vaxtlar Azərbaycan kinematoqrafçıları xarici həmkarları ilə yaradıcılıq əməkdaşlığını genişləndirirlər.

 

Son vaxtlar Azərbaycan kinematoqrafçıları xarici həmkarları ilə yaradıcılıq əməkdaşlığını genişləndirirlər.

Xalq yazıçısı Elçinin məşhur “Mahmud və Məryəm” romanı əsasında çəkilmiş eyniadlı filmi Azərbaycan və Türkiyə kinematoqrafçıları birgə ekranlaşdırmışlar. Film martın 22-dən etibarən kinoteatrlarda nümayiş olunacaq. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Filmin prodüseri Sevda Kayğısızın sözlərinə görə, kinolentin ilk fraqmanı hazırdır. Prodüser bildirib ki, film çox yüksək səviyyədə alınıb və tamaşaçıların böyük marağına səbəb olacaq. Ekran əsərinin Azərbaycan və Türkiyədə, eyni zamanda, bir neçə ölkədə də təqdimatının keçirilməsi nəzərdə tutulur: “Tamaşaçılara gözəl bir məhəbbət hekayəsini təqdim etməyə tələsirik. Bu film iki qardaş ölkənin müştərək işidir və biz hər şeyin mükəmməl alınması üçün çox əziyyət çəkmişik. Düşünürəm ki, filmə çəkdiyimiz əziyyətə dəyər”.

Ekran əsəri Azərbaycan və Türkiyə arasında ilk müştərək kino layihəsidir. Türkiyənin “24 Kare” şirkəti tərəfindən ekranlaşdırılan film Mahmudla Məryəmin sevgisindən bəhs edir. Mahmud gəncəli Ziyad xanın oğlu, Məryəm isə keşiş qızıdır. Hadisələrin mərkəzində isə Mahmudla Məryəmin bir-birinə olan məhəbbəti dayanır. İki gəncin sevgisinə mane olan isə mürtəce fikirli Qara Keşişdir.

Nağıl və fantastik elementlərin vəhdət təşkil etdiyi filmdə Mahmud rolunu Aras Bulut İynemli, Məryəm obrazını isə Eva Dedova canlandırıb. Ekran əsərində Fəxrəddin Manafov, Məlahət Abbasova, Şamil Süleymanov, Mehmet Çevik, Tomris İncer, Kristina Krapela və digər tanınmış aktyorlar rol alıblar.

Mehmet Ada Öztekinin rejissorluğu ilə lentə alınan filmin çəkilişləri ötən il Azərbaycan və Türkiyədə aparılıb. “Mahmud və Məryəm”in Azərbaycan, Türkiyə, o cümlədən Avropanın 9 ölkəsində ekranlara çıxarılacağı gözlənilir.

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında