“Qızıl qlobus” mükafatları təqdim edilib

Yanvarın 13-də Los-Ancelosda  “Qızıl Qlobus” kino mükafatının  70-ci təqdimetmə mərasimi keçirilib. Ən yaxşı dramatik film nominasiyasında mükafata Tehranda 1979-cu il- islam inqilabının ən gərgin dönəmindən bəhs edən “Arqo əməliyyatı”filmi layiq görülüb. Filmin rejissoru Ben Afflek də  “ən yaxşı rejissor” nominasiyasında qalib olub.

    “Ən  yaxşı xarici film” kimi avstriyalı rejissor Mixael Xanekenin “Sevgi” filmi tanınıb.

    “Ən yaxşı dramatik aktyor” Deniel Dey-Luis( “Linkoln” filmi), “ən yaxşı dramatik aktrisa” Cessika Çesteyn(“Bir nömrəli hədəf”filmi) hesab olunublar. “Ən yaxşı ikinçi plan aktyoru” mükafatını qalibi Kristof Valç( “Azad edilmiş Canqo”) alıb.

    “Ən yaxşı komediya və ya müzkl” nominasiyasında qalib Tom Xuperin  “Səfillər” müzklı olub. Bu film  “Ən yaxşı komediya və ya müzkl aktyoru”və “ən yaxşı ikinci plan aktrisası ” nominasiyalarında da mükafat qazanıb. Mükafatı   Xyu Cekmən və Enn Xeteyey alıblar.

     “Ən yaxşı komediya və ya müzkl aktrisası” adına  “Mənim oglanım dəlidir” filminə görə Cenifer Laurens layiq görülüb.  

      Ən yaxşı film musiqisinə görə  “Qızıl qlobus”u Maykl Denn alıb. Ən yaxşı mahnı kimi Adelin ifa etdiyi “Skayfoll”( “007: “Skayfol”un koordinatları ”) kompozisiyası qeyd edilib.

     “Ən yaxşı animasiya filmi” nominasiyasında mükafata  “Cəsur ürəkli” cizgi filmi layiq görülüb.

     “Ən yaxşı ssenari” mükafatı “Azad edilmiş Canqo” filminə görə Kventin Tarantinoya təqdim edilib.

      “Qızlar” serialı ən yaxşı komik və musiqili serial hesab olunub və serialda oynayan Lena Danem ən yaxşı serial aktrisası adını alıb.

      “Doğmalar içində yad” serialı isə  “ən yaxşı dramatik serial” nominasiyasının qalibi olub. Serialda yer alan Damian Luis və  Kler Deyns bu janrda ən yaxşı aktyor və aktrisa elan olunublar.

       “Ən yaxşı telefilm” nominasiyasının qalibi  “Oyun dəyişib” filmi olub. Bu nominasiyada ən yaxşı aktyor kimi Kevin Kostner, ən yaxşı aktrisa kimi isə Culiana Mur  mükafat alıblar.

        Bu dəfə “Qızıl qlobusun” fəxri mükafatına Codi Foster layiq görülüb.

     “Beverli Hilton”otelində keçirilən təntənəli mərasimin aparıcıları aktrisalar Tina Fey və Emi Poler olublar. Mərasimdə Arnold Şvarstneger, Silvestr Stallone, Saşa Baron Koen, Bill Klinton,  Robert Dauni, Culiya Robert kimi qonaqlar iştirak ediblər.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında