Rejissorlar üçün xoş xəbər

Türkiyənin TRT dövlət telekanalı azərbaycanlı sənədli film rejissorlarını "TRT Sənədli Film Mükafatı 2013"-də iştirak etməyə dəvət edir.

"Xalq qəzeti"nin Trend-ə istinadən yaydığı məlumata görə, bu barədə kanalın Bakı təmsilçiliyindən cümə axşamı bildirilib.

Qeyd olunur ki, bütün dünyadan televiziyalarda çalışan sənədli film rejissorları TRT Sənədli film mükafatı üçün toplanacaqlar.

Həvəskar və peşəkar sənədli film rejissorlarını dəstəkləyərək, müxtəlif ölkələrdən fərqli və yüksək keyfiyyətli sənədli filmləri tamaşaçıya təqdim etmək və dünyanın hər tərəfindən sənədli film rejissorları ilə görüşüb fikir mübadiləsi aparacaq bir layihə hazırlamaq məqsədilə təşkil edilən mükafat üçün müraciətlər ötən il noyabrın 1-dən başlanılıb.

TRT Bakı nümayəndəsi Yüksel Değercan Azərbaycanda da çox sayda sənədli film rejissorlarının olduğunu nəzərə alaraq, Azərbaycan sənədli film rejissorlarını TRT Sənədli film mükafatı almağa dəvət edir.

Milli və Beynəlxalq kateqoriyalarda reallaşdırılan TRT Sənədli film mükafatlarında ilk yarımfinalı keçən filmlər İstanbulda 9-13 may tarixlərində təşkil ediləcək TRT Sənədli Film Günlərində final gecəsində təqdim ediləcək. Müraciətlər 25 yanvar tarixinədək qəbul olunacaq. Müraciətlər TRT-nin internet saytı www.trt.net.tr ünvanı vasitəsi ilə də qəbul olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında