Ankarada Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilmişdir

TÜRKSOY-un Ankaradakı baş ofisində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

TÜRKSOY-un Ankaradakı baş ofisində görkəmli Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin 130 illik yubileyi münasibətilə tədbir keçirilmişdir.

  Tədbirdə çıxış edən Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov TÜRKSOY-un Azərbaycanın və bütün türk dünyasının görkəmli ədibləri və sənətçilərinin yubileylərinin keçirilməsi, bununla türkdilli ölkələrin mədəniyyətlərinin dünyada tanıdılması sahəsində xidmətlərini vurğulamışdır. Diplomat görkəmli ədib Hüseyn Cavidin kəşməkəşli həyat yolundan, çoxşaxəli və zəngin yaradıcılığından danışmışdır.

  TÜRKSOY-un baş katibinin müavini Fırat Purtaş, Naxçıvanın mədəniyyət və turizm nazirinin müavini Məhəmməd Həsənov, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin idarə rəisi Əhməd Arı dörd il İstanbulda təhsil almış görkəmli şair və dramaturqun zəngin ədəbi irsinin bütün türk dünyasının sərvəti olduğunu vurğulamış, yubileyin keçirilməsində xidmətləri olan TÜRKSOY-a və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə təşəkkür etmişlər.  

   Sonra Qazi Universitetinin professoru Əhməd Bican Ercilasunun sədrliyi ilə konfrans keçirilmişdir. Avrasiya Yazarlar Birliyinin sədri Yaqub Dəliömeroğlu, Kazım Qarabəkir Fondunun sədri Timsal Qarabəkir, yazıçı Azər Turan, Turan Cavid Qadın Mərkəzinin sədri Sevda Cəfərova görkəmli şair və dramaturqun həyat və yaradıcılığından bəhs etmişlər. Çıxışlarda ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1982-ci ildə Cavidin məzarının doğma yurdu Naxçıvana gətirilərək dəfn edilməsi, yenə ümummilli liderimizin ikinci dəfə Azərbaycana rəhbərlik etdiyi zaman görkəmli ədibin mavzoleyinin, onun Ev Muzeyinin yaradılması üçün səyləri vurğulanmışdır.

 Sonra Cavidin əsərlərinə bəstələnmiş mahnılar səsləndirilmiş, Naxçıvan Dövlət Musiqili Dram Teatrı Ankaranın Keçiörən rayonunda ədibin “İblis” tamaşasını təqdim etmişdir.

  H.Cavidin 130 illik yubileyi münasibətilə tədbirlər İstanbul Universitetində də davam etdiriləcəkdir. 

Oqtay BAYRAMOV
AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında