“Mirzə Fətəli Axundzadə ili” Türkiyədə başa çatdırıldı

2012-ci il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan edilmişdi.

2012-ci il böyük mütəfəkkir, Azərbaycan milli dramaturgiyasının banisi, görkəmli ictimai xadim və maarifçi M.F.Axundzadənin anadan olmasının 200 illiyi ilə əlaqədar TÜRKSOY təşkilatı tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan edilmişdi. Bununla bağlı Azərbaycanda və bir neçə xarici ölkədə tədbirlər keçirilmişdi.

 TÜRKSOY çərçivəsində “Mirzə Fətəli Axundzadə ili” ilə bağlı hazırlanan tədbirlər planına əsasən cari ilin 17 dekabr tarixində Türkiyənin Ankara şəhərindəki Milli Kitabxanada, dekabrın 18-də isə İstanbulda Aydın Universitetində M.F.Axundzadəyə həsr olunmuş simpozium və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yeni istehsal etdiyi, M.F.Axundzadəyə həsr olunmuş “Sübhün səfiri” 2 seriyalı bədii filmin nümayişi olmuşdur. Bununla da “Mirzə Fətəli Axundzadə ili” sona yetdi. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi saytı (mct.gov.az) məlumat yaymışdır.

Məlumatda deyilir ki, tədbirlərdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, nazirliyin nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov təmsil etmişlər.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında