Xalq şairi Rəsul Rzanın 100 illik yubileyi qeyd olunmuşdur

Ombudsman Aparatının təşkilatçılığı ilə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində "Azərbaycan, yurdum mənim" devizi altında xalq şairi, əməkdar incəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı Rəsul Rzanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Ombudsman Aparatının mətbuat xidmətindən bildirmişlər ki, görüşdə Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Liderlik Məktəbinin yetirmələri, valideynlər iştirak etmişlər.
İnsan hüquqları üzrə müvəkkil E.Süleymanova tədbiri açaraq ölkəmizdə Rəsul Rzanın 100 illik yubileyinin geniş qeyd olunduğunu, bununla bağlı mühüm tədbirlərin keçirildiyini vurğulamışdır. Ombudsman ustad şair Rəsul Rzanın və onun ömür-gün yoldaşı, xalq şairi Nigar Rəfibəylinin gur yanan ocağının şöləsini qoruyub saxlayan, valideynlərinin zəngin yaradıcılıq ənənələrini ləyaqətlə davam etdirən xalq yazıçısı Anar haqqında söhbət açmışdır. O, söz sənətinin nəsildən-nəslə davam edərək yaşadığını və inkişaf etdiyini, Azərbaycan ədəbiyyatı korifeylərinin davamçılarının yetişdiyini vurğulamış, istedadlı qələm sahibi, görkəmli yazıçı, nasir, tanınmış ssenarist və publisist Anarın həm də Yazıçılar Birliyinin sədri kimi ölkəmizin ədəbi-mədəni və ictimai mühitində fəallıq göstərdiyini, əsl vətəndaş mövqeyi nümayiş etdirdiyini bildirmişdir.
Rəsul Rzanın uşaqlar üçün də şeirlər yazdığı vurğulanmışdır. Liderlik Məktəbinin yetirmələri R.Rza və N.Rəfibəylinin şeirlərindən nümunələr söyləmişlər. Tədbirdə iştirak edən Bülbül adına musiqi məktəbinin şagirdləri isə görkəmli şairlərin sözlərinə bəstələnmiş mahnıları ifa etmişlər.
Anar bu görüşün təşkilinə, gənc oxucuların Rəsul Rza yaradıcılığına böyük marağına görə Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin üzvlərinə minnətdarlığını bildirmişdir.{nl}

AzərTAc

{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında