“Almaniya bir rəssamın gözu ilə”

Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Kapital Bank, “Standard İnsurance”, “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da “Almaniya bir rəssamın gözü ilə” adlı sərginin acılışı olmuşdur.

Almaniya Federativ Respublikasının Bakıdakı Səfirliyinin təşkilatçılığı ilə “Qız Qalası” İncəsənət Qalereyası, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Kapital  Bank, “Standard İnsurance”,  “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə  Alman-Azərbaycan Mədəniyyət Birliyi “Kapellhaus”da   “Almaniya bir rəssamın gözü ilə” adlı sərginin acılışı olmuşdur.

Rəssamlıq müsabiqəsinin 5-ci ildönümünə həsr olunmuş sərginin açılışında çıxış edən Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri  Herbert  Kvelle  demişdir:

- Azərbaycan və  Almaniya arasında əlaqələr bütün sahələrdə inkişaf edir. Bu gün bu əlaqələrin genişləndiyini  mədəniyyət sahəsində görürük. Bir neçə ildir ki, Azərbaycanlı gənc rəssamlar  tərəfimizdən təşkil olunan   müsabiqədə iştirak edir və öz əsərlərini təqdim edirlər. Hər il bu rəsmlərin arasından ən yaxşıları seçilirdi. Bu il isə müsabiqənin 5 illiyi ilə əlaqədar olaraq  məhz ötən  illər ərzində qalib gələn rəssamlardan xahiş etdik ki, ikinci dəfə həmin  rəsm əsərlərini çəkib müsabiqəyə təqdim etsinlər. Bu mövzular gənc rəssamların  Almaniya haqqında olan təsəvvürləridir.  Çox maraqlıdır ki,  Almaniya haqqında təəssüratlar bu rəsm əsərlərində öz əksini tapmışdır.  Rəssamlar   həm də  Almaniya  ilə Azərbaycanı birləşdirən xüsusiyyətləri  əks elətdirmişlər.  Biz bu il qaliblərin qalibini seçmişik. Sərgidə rəssamların birinci və ikinci əl işləri təqdim olunur.  Xüsusilə maraqlıdır ki, birinci  ilə ikinci rəsm əsərləri arasında böyük bir fərq vardır. Birinci rəsm əsərlərinin  müsabiqəsində məqsəd bu idi ki, gənc rəssamların  ilk dəfə  Almaniya haqqında necə düşündüklərini öyrənək. Bütün qalibər 5 il ərzində Almaniyaya  səfər etdikdən sonra bu rəsmləri çəkmişlər. Qaliblərin Almaniya    haqqında mövqelərinin dəyişməsini görə bilərsiniz. Birinci rəsmlərlə inkinci  rəsmlər arasında böyük bir inkişaf görürük. Ölkə haqqında rəssamların yeni təsəvvürləri  yaranmışdır. Böyük inkişafı, onların yaratdıqları  təsvirləri, belə gözəl  guşələri təkcə Almaniyada deyil, Azərbaycanda da  görmək olar.

Bu rəssamlıq müsabiqəsi növbəti  illərdə  də davam etdiriləcək.  İlkin olaraq burada gördüyünüz  rəsm əsərləri  bu tədbirin, müsabiqənin sponsorları – Azərbaycanın bir sıra bankları,  sığorta şirkətləri, qalereyaları, o cümlədən “Berlin-Bakı” Rəsm Qalereyası ilə birlikdə təşkil olunmuşdur. Bu əsərlər Berlinə göndəriləcək,  bir il ərzində orada səgilənəcək və sonra  digər əsərlərlə birlikdə “Kapellhaus” çərçivəsindən kənarda nümayiş etdiriləcəkdir. Biz çətinliklə  olsa da,  münsiflər heyəti tərəfindən qalibi seçmişik. Bu rəsmlər həmin rəssamın  Berlin səfərindən sonra çəkilmişdir.Gənc rəssam Ləman Məmmədzadə  müsabiqənin qalibi seçilmişdir.

Azərbaycan Dovlət Rəssamlıq Akademiyasının professoru, xalq rəssamı Səlhab Məmmədov   müsabiqədə 600-dən çox tələbənin iştirak etdiyini, onlardan 30 nəfərinin rəsmlərinin münsiflər tərəfindən bəyənildiyini qeyd etmiş, Almaniya səfirliyinə  və  sponsorlara  minnətdarlığını bildirmişdir.

A.SADIQOĞLU,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında