Moskvada Azərbaycanın görkəmli mütəfəkkiri Mirzə Fətəli Axundzadənin abidəsi qoyulmuşdur

M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici Ədəbiyyat Kitabxanasının atriumunda Azərbaycanın görkəmli yazıçısı, filosofu və humanisti Mirzə Fətəli Axundzadənin abidəsinin açılış mərasimi olmuşdur. Layihə Heydər Əliyev Fondu tərəfindən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyi və M.İ.Rudomino adına Ümumrusiya Xarici Ədəbiyyat Kitabxanası ilə birlikdə həyata keçirilmişdir. 
Abidənin müəllifi gənc Azərbaycan heykəltəraşı, V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunun məzunu, Moskva Rəssamlar İttifaqının üzvü, məşhur heykəltəraş Aleksandr Rukavişnikovun şagirdi Zaur Rzayevdir.
Təntənəli mərasimi kitabxananın baş direktoru Yekaterina Geniyeva açmışdır. O, Moskvada M.F.Axundzadənin abidəsinin qoyulmasını iki xalqın mədəni həyatında əhəmiyyətli hadisə adlandırmışdır.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu qeyd etmişdir ki, bu gün iki ölkənin mədəniyyət və qarşılıqlı münasibətlər tarixində əlamətdar hadisədir, "belə ki, Rusiya ilə Azərbaycan arasında, xalqlarımız və mədəniyyətlərimiz arasında dostluğun təməlini qoymuş bir insanın abidəsi açılır". O, razılıq hissi ilə demişdir ki, qədirbilən nəsillər M.F.Axundzadə kimi görkəmli şəxsiyyətləri unutmurlar. Səfir dahi azərbaycanlının abidəsinin dünyanın mədəni paytaxtlarından birində ucaldılmasının əhəmiyyətini xüsusilə qeyd etmişdir. Polad Bülbüloğlu Moskvada M.F.Axundzadənin abidəsinin qoyulması ideyasını dəstəkləmiş Heydər Əliyev Fonduna, onun prezidenti Mehriban Əliyevaya, habelə bu ideyanın həyata keçirilməsi üçün xeyli səy göstərmiş vitse-prezident Leyla Əliyevaya dərin minnətdarlığını bildirmişdir. P.Bülbüloğlu təşəbbüsü dəstəklədiyinə görə kitabxananın rəhbərliyinə səmimi təşəkkürlərini çatdırmışdır.
Abidənin müəllifi Zaur Rzayev qeyd etmişdir ki, dahi M.F.Axundzadənin obrazı üzərində işləyərkən onun məsləhətçisi, xalq rəssamı Tahir Salahov olmuşdur. Zaur Rzayev Heydər Əliyev Fonduna və onun vitse-prezidenti Leyla Əliyevaya, habelə Moskvada abidənin ucaldılmasına töhfəsini verənlərin hamısına təşəkkürünü bildirmişdir.
Rusiyanın tanınmış şairi və Rusiya Federasiyası İctimai Palatasının üzvü Andrey Dementyev qeyd etmişdir ki, M.F.Axundzadə Azərbaycanla Rusiya arasında, Azərbaycanla dünya arasında böyük körpüdür. O, öz yaradıcılığı ilə Rusiya-Azərbaycan mədəni əlaqələrini məhz iki xalqın mənafeyinə uyğun formatda təcəssüm etdirir, buna görə də qarşılıqlı mədəni mübadilədə böyük əlaqələndirici körpü rolunu oynamışdır. O demişdir: "Azərbaycan öz görkəmli adamlarının, yazıçılarının, mədəniyyət və elm xadimlərinin xatirəsini son dərəcə əziz tutur və bu, çox yaxşıdır".
Sonra tədbir kitabxananın Dəyirmi salonunda M.F.Axundzadənin "İnsan zəkası - ilahi ərməğan..." adlı seçilmiş əsərlərinin təqdimatı ilə davam etmişdir. Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə, kitabın tərtibçiləri-tarix elmləri doktoru, kitabxananın Şərq Mədəniyyətləri Mərkəzinin direktoru İlya Zaytsev və AMEA-nın Əlyazmalar İnstitutunun əməkdaşı, tarix elmləri doktoru Fərid Ələkbərli rus və Azərbaycan dillərində nəşr olunmuş seçilmiş əsərlər üzərində apardıqları işdən danışmışlar. Qeyd edilmişdir ki, ilk dəfə olaraq iki dildə hazırlanmış bu nadir nəşrin müqəddiməsini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva yazmışdır. Çıxış edən alimlər və dilçilər M.F.Axundzadənin şəxsiyyət və yaradıcılığı barədə fikir mübadiləsi etmişlər.
Sonda Moskva Dövlət Linqvistika Universitetinin tələbələri M.F.Axundzadənin "Şərq poeması"ndan parçalar səsləndirmişlər.
Tədbirdə Moskvanın elmi və mədəni elitasının nümayəndələri iştirak etmişlər.

{nl}


Asya HACIZADƏ, AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında