"Hacı Qəmbər" tamaşası yenidən səhnədə

Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi həssaslıq ilə yanaşan "Azərsun Holdinq" bu istiqamətdə tez - tez müxtəlif tədbirlər keçirir. Bu dəfə teatrsevərlərə Holdinq Mədəniyyət Mərkəzinin səhnəsində Azərbaycanın ən qədim teatr kollektivlərindən olan və hazırda məcburi köçkünlük həyatı yaşayan Şuşa Musiqili Dram Teatrının səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" tamaşasının nümayişinə təşkilatçılıq etdi. 
Premyerada teatrsevərlər, Şuşa ictimaiyyəti nümayəndələri, müxtəlif gənclər təşkilatlarının üzvləri iştirak edirdi. Tam anşlaq ilə keçən tamaşanın əsas rollarını əməkdar artistlər İqrar Salamov, Yadıgar Muradov, artistlərdən Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Mətanət Eres, Azad Məmmədov və başqaları ifa etdilər. Premyera böyük rəğbətlə qarşılandı.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında