Qazaxıstanın milli bayramı şərəfinə

Noyabrın 20-də Qazaxıstanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Gününün 21-ci və Azərbaycan ilə Qazaxıstan arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümü münasibətilə "Gülüstan" sarayında rəsmi qəbul təşkil etmişdir. 
AzərTAc xəbər verir ki, Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetov ötən müddətdə ölkəsinin keçdiyi inkişaf yolundan danışmışdır.
Hazırda Qazaxıstanın dünya birliyində layiqli yer tutduğunu vurğulayan diplomat demişdir ki, əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev tərəfindən qoyulmuş dostluq və qardaşlıq münasibətlərini Prezident İlham Əliyev uğurla davam etdirir. Səfir qeyd etmişdir ki, Azərbaycanı və Qazaxıstanı çoxəsrlik mehriban dostluq, qonşuluq və qarşılıqlı dəstək ənənələri birləşdirir. Qarşılıqlı səylər bundan sonra da bu nəcib ənənələrin inkişaf etdirilməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisinə, regionda sülh, təhlükəsizlik və sabitlik naminə dövlətlərarası münasibətlərin daha da inkişaf etdirilməsinə yönəldiləcəkdir.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidenti İlham Əliyevin təbrikini, Qazaxıstan xalqına əmin-amanlıq və firavanlıq arzularını çatdırmışdır.
Nazir bildirmişdir ki, ölkələrimiz arasında həmişə səmimi münasibətlər olmuşdur və bu münasibətlər müstəqillik bərpa olunandan sonra intensiv inkişaf etməyə başlamışdır. İki ölkə arasında həyata keçirilən yüksək səviyyəli səfərlər və imzalanmış çoxsaylı sənədlər ikitərəfli əlaqələrimizin daha sürətlə inkişafına töhfəsini vermişdir.
Nazir Azərbaycan-Qazaxıstan əlaqələrinin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirmişdir.
Tədbirdə Qazaxıstanın milli musiqisindən ibarət konsert proqramı təqdim olunmuşdur.
Qəbulda Azərbaycanın dövlət və hökumət rəsmiləri, xarici ölkələrin Bakıdakı səfirləri, ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında