Sənədli televiziya filmlərinin istehsalı başa çatıb

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin "Aztelefilm" Yaradıcılıq Birliyində "Qəm karvanı" və "Akademik Ziyad Səmədzadə" sənədli televiziya filmlərinin istehsalı başa çatıb.
"Qəm karvanı" tanınmış Azərbayjan şərqşünası, maarifçi, rus şərqşünaslıq elminin banilərindən biri olan Mirzə Kazım bəyin təzadlı və əzablı ömür yoluna həsr olunub. Film Azərbaycan və müsəlman Şərqinin tarixinin, ədəbiyyatının, dini etiqadının tədqiqində müstəsna xidmətləri olan dahi şərqşünasın gündəliyində və qızı Olqanın xatirələrində əks olunmuş faktlar əsasında qurulub.
Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Oqtay Əlizadə, operatoru Nəriman Şıxəliyevdir. "Akademik Ziyad Səmədzadə" filmi AMEA-nın akademiki, Milli Məclisin İqtisadi siyasət daimi komitəsinin sədri Ziyad Səmədzadənin həyatına və elmi fəaliyyətinə həsr olunub.
Azərbaycan Teleradio Verilişləri QSC-nin mətbuat xidmətindən aldığımız məlumata görə, çəkilişləri Bakının Buzovna qəsəbəsində, Moskvada və Pekində aparılan filmdə akademikin Moskvadan, Minskdən və Tbilisidən olan həmkarları onun haqqında öz fikirlərini bölüşüblər. Filmin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Miri Rzayev, operatoru Adil Abbasovdur.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında