"Xalq oyunları və meydan tamaşaları mədəniyyəti: klassik irs və müasirlik" mövzusunda konfrans

Noyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində "Xalq oyunları və meydan tamaşaları mədəniyyəti: klassik irs və müasirlik" mövzusunda konfrans işə başlamışdır.
Konfransa Azərbaycanın elm adamları ilə yanaşı, dünyanın bir çox ölkələrindən alimlər də qatılmışlar.
Tədbiri giriş sözü ilə açan muzeyin direktoru, AMEA-nın müxbir üzvi, filologiya elmləri doktoru, professor Rafael Hüseynov bildirmişdir ki, xalq oyunları və meydan tamaşaları Azərbaycan mədəniyyətinin ayrılmaz və vacib hissələrindədir. Təkcə bizdə deyil, yaxın Orta Şərqdə də bunun çoxəsrlik ənənələri vardır. Düşünürəm ki, konfransın nəticələri bu sahədəki elmi axtarışlar üçün əhəmiyyətli olacaq və mətbuat səhifələrində dərc edilərək insanlara daha geniş bilgilər verəcəkdir.
R.Hüseynov demişdir ki, milli oyunlarımızın yaranma tarixi qədim dövrlərə gedib çıxır. Tarixən ən qədim oyunlarımızın izləri qaya rəsmlərində əbədiləşmişdir.
Alim bildirmişdir ki, milli oyunlarımızı ayrı-ayrı xüsusiyyətlərinə görə bir neçə cür təsnif etmək olar. Milli oyunlarımız tarixi baxımdan əski, yaş etibarilə cavan, məzmunca bənzərsiz olsalar da, onların hamısının müştərək, uyğun cəhətləri vardır.
R.Hüseynov demişdir ki, Azərbaycanda peşəkar kukla teatrı 1931-ci il iyunun 16-da açılmış və çağdaş kukla teatrının tələbləri səviyyəsində fəaliyyətə başlamışdır. Lakin həmin vaxtadək Azərbaycan xalq oyuğ-bəbək-kukla tamaşaları ənənəsinin 1000-ə çatan, bəlkə də daha çox yaşı vardır.
Bildirilmişdir ki, konfransda müzakirə ediləcək məruzələrin bir hissəsi bilavasitə folklor, xalq oyunları, meydan tamaşaları ilə bağlı olsa da, Nizami Gəncəvi, Xaqani Şirvani, Əmir Xosrov Dəhləvi, İmadəddin Nəsimi, Məhəmmədhüseyn Şəhriyar və digər klassiklərin əsərlərində həmin məsələlərin əks etdirilməsi ilə əlaqədar maraqlı araşdırmalar da gündəlikdə yer almışdır. Problemi türk dünyası kontekstində izləyən dəyərli məruzələrlə yanaşı, çağdaş pantomim teatrında xalq teatrı təsirləri, müasir dövrdə milli oyun və xalq tamaşalarının təbliği üsullarını tədqiq edən məruzələr də yer almışdır. Bunların da hədəfi klassik ənənələrin müasir dövrdə də yaşayaraq yeni çalarlar qazanmasını nümayiş etdirməkdir.
Plenar iclasda "Farsdilli şeirdə oyun adlarının poetik funksiyaları - şahmat və nərd", "Nizami sənətində xalq oyunlarının poetik əksi" və digər mövzularda məruzələr dinlənilmişdir.
Sonra konfrans işini iki bölmə iclasında davam etdirmişdir.
Tədbir iştirakçılarına "Elm və təhsil" nəşriyyatında nəfis tərtibatda çapdan çıxmış konfransın materiallarının əks olunduğu kitab təqdim edilmişdir. Kitab professor Rafael Hüseynovun mövzunun müxtəlif aspektlərdən, dolğun şəkildə işıqlandırıldığı və geniş təhlil edildiyi məqaləsi ilə başlanır.
Sonra iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olmuşlar.
Konfransın keçirilməsi üçün ayın 14-ü tarixinin seçilməsi təsadüfi deyildir. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan Xalq Maarif Komissarlığının qərarı ilə 1939-cu il noyabrın 1-də yaradılsa da, muzeyin ekspozisiyasının quruculuğuna 1940-cı il martın 14-də başlanılmışdır. Muzeyin ictimaiyyət üçün açılışı 1945-ci il mayın 14-də olmuşdur. 2009-cu ildə muzeyin əsaslı təmir və yenidənqurmadan sonra Prezident İlham Əliyev tərəfindən açılışı da martın 14-nə təsadüf etmişdir. Ayın 14-ü muzeyin tərcümeyi-halında əlamətdar tarix olduğundan hər ayın həmin günündə burada "Açıq qapı" günü kimi qeyd edilir.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında