Bakıda almaniyalı rejissorun "Sarı gəlin. Azərbaycanda muğam-caz" filminin təqdimatı olmuşdur

Noyabrın 14-də Nizami Kino Mərkəzində almaniyalı rejissor Klaus Bernhardın "Sarı gəlin. Azərbaycanda muğam-caz" filminin təqdimatı keçirilmişdir. 
AzərTAc xəbər verir ki, tədbirdə mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev çıxış edərək alman rejissoru Klaus Bernhardtın sənədli filmin çəkilişi ilə bağlı müraciətinin təmsil etdiyi nazirlik tərəfindən böyük rəğbətlə qarşılandığını bildirmişdir. Qeyd etmişdir ki, milli musiqimizə ölkənin hüdudlarından kənarda başqa bir mütəxəssisin baxışı bizim üçün də maraqlıdır. Həmçinin film təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından kənarda da yayılacaqdır.
Son vaxtlar ölkəmizdə muğam və caz sənətinə dair bir çox beynəlxalq festivalların keçirildiyini diqqətə çatdıran V.Əliyev belə bir filmin çəkilişinin çox sevindirici hal olduğunu vurğulamışdır. O, Almaniya Federativ Respublikasının Azərbaycandakı səfiri Herbert Kvelleyə, rejissor Klaus Bernhardta və ekran əsərinin ərsəyə gəlməsində digər əməyi olanlara təşəkkürünü bildirmişdir.
Səfir Herbert Kvelle filmin çəkilişi ilə bağlı Klaus Bernhardtın təklifini böyük məmnuniyyətlə qarşıladığını bildirmiş, rejissorun və çəkiliş qrupunun muğama məftunluğunu, filmin istehsalı ilə bağlı peşəkarlığını qeyd etmişdir. Almaniyalı səfir bu filmin ənənəvi musiqini müasir üslubda təqdim etməklə Azərbaycan üçün dünyada yeni qapılar açacağına ümidini ifadə etmişdir. O, bu istiqamətdə musiqini sevən bir alman prodüserinin həlledici rolunu qeyd etmiş və Klaus Bernhardta müraciətlə onun artıq Azərbaycan musiqisinin səfiri rütbəsini əldə etdiyini diqqətə çatdırmışdır.
Səfir Herbert Kvelle filmin çəkilişində göstərilən dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə və bu işdə əməyi olan hər kəsə təşəkkürünü bildirmişdir.
Sonra filmin yaradıcı heyəti səhnəyə dəvət olunmuşdur. Rejissor Klaus Bernhardt və digərlərinin çıxışlarında seçilən mövzunun çox maraqlı olduğu və işə həvəslə qatıldıqları bildirilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Almaniyanın "Das-Apartment" prodüser şirkətinin və "Salnamə" kinostudiyasının birgə istehsalı olan ekran əsərinin rejissor assistenti Naibə Şirinova, operatorları Feliks Peşko və Vilhelm Neyman, montajçı isə Cennifer Kunçerdir.
Azərbaycan dilində çəkilmiş 45 dəqiqəlik film alman və ingilis dillərinə də tərcümə olunmuşdur.
Sonra "Sarı gəlin. Azərbaycanda muğam-caz" sənədli filmi təqdim olunmuşdur. Filmdə milli musiqimizə, onun mahir ifaçılarına və ümumilikdə mədəniyyətimizə avropalıların baxışı öz əksini tapmışdır.
Film alqışlarla qarşılanmışdır.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında