Moldova paytaxtında dahi Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan park istifadəyə verilmişdir

Xəbər verdiyimiz kimi, noyabrın 11-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri başlamışdır.

{nl}

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, noyabrın 13-də Moldovada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində paytaxt Kişineu şəhərinin mərkəzində dahi Azərbaycan şairi Nizami Gəncəvnin adını daşıyan park əsaslı yenidənqurma və bərpadan sonra istifadəyə verilmiş, həmçinin böyük mütəfəkkirin yenilənmiş görkəmdə büstü açılmışdır. 
Təntənəli mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, heykəltəraşlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak etmişlər.
Mərasimdə Moldova-Azərbaycan Konqresinin Prezidenti Vüqar Novruzov çıxış edərək dahi Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığından, onun dünya mədəniyyətinə verdiyi töhfələrdən bəhs edərək Kişineu şəhərinin mənzərəli guşəsində belə bir istirahət parkının açılışını əlamətdar hadisə kimi qiymətləndirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şairin 870 illik yubileyinin qeyd olunduğu ildə belə bir parkın yenidən istifadəyə verilməsi yubiley tədbirlərinə bir töhfədir.
Tədbirdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev, Moldovanın tanınmış ziyalıları çıxış edərək dahi Azərbaycan şairinin ümumbəşəri yaradıcılığına bir daha nəzər salmış, onun dünya mədəniyyətində silinməz iz qoyduğunu söyləmişlər.
Bildirilmişdir ki, Nizami Gəncəvinin xatirəsi bütün dünyada ehtiramla yad edilir. Bunun nəticəsidir ki, Moskva, Sankt-Peterburq, Roma kimi zəngin mədəniyyət nümunələri olan şəhərlərdə şairin abidəsi ucaldılmışdır. Əminliklə vurğulanmışdır ki, Moldovada yenidən istifadəyə verilən, şairin büstünün ucaldığı və adını daşıyan bu park Kişineu sakinlərinin sevimli istirahət yeri olacaqdır.
Tədbirin sonunda şairin büstü önünə tər çiçəklər düzülmüş, əklillər qoyulmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında