"Leyli və Məcnun" San-Fransisko səhnəsində

İlk dəfə olaraq "Leyli və Məcnun" operası ABŞ-da nümayiş olunmuşdur
ANN.Az xəbər verir ki, noyabrın 10-da dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" muğam operası Kaliforniyanın San Fransisko şəhərində tamaşaçılara təqdim olunub. Opera San-Fransisko Dünya Musiqisi Festivalı (San-Francisco World Music Festival) çərçivəsində səhnələşdirilib. Bu, "Leyli və Məcnun" operasının ABŞ-da ilk nümayişidir.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulu Nəsimi Ağayev tədbiri giriş sözü ilə açaraq, "Leyli və Məcnun" operasının tarixi barədə məlumat vermiş, onun müsəlman dünyasında ilk opera olduğunu və indiyə kimi sevilə-sevilə ifa edildiyini qeyd edib. Sonra diplomat Azərbaycanın xalq artisti, məşhur pianoçu, hazırda San Fransiskoda yaşayan Çingiz Sadıqova San Fransisko Dünya Musiqisi Festivalının xüsusi diplomunu təqdim edib. Diplom Ç.Sadıqova Azərbaycan musiqi və mədəniyyətinin ABŞ-da və bütün dünyada təbliği sahəsində gördüyü işlərə görə verilib.
Gənc xanəndələr Vüsalə Musayeva və İlkin Əhmədov Leyli və Məcnun rollarını ifa ediblər. Mahir instrumental ifaçılar İmamyar Həsənov (kamança) və Rüfət Həsənov (tar), eləcə də Çin, Hindistan, Cənubi Koreya və ABŞ musiqiçilərindən ibarət orkestr xanəndələrimizi müşayiət edib. Opera tamaşaçıların gurultulu və ayaqüstü alqışları ilə qarşılanmışdır. Tamaşada 500-dək şəxs iştirak etmişdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında