Londonda Beynəlxalq Turizm Sərgisi keçirilir

Böyük Britaniyanın London şəhərində keçirilən "WTM 2012" Beynəlxalq Turizm Sərgisində Azərbaycan Respublikası mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi altında nümayəndə heyəti iştirak edir. Bu barədə nazirliyin rəsmi saytı (mct.gov.az) məlumat yayıb. 
Məlumatda bildirilir ki, sərgidə 11 yerli turizm şirkəti, 2 mehmanxana və Azərbaycan Qolf Federasiyası təmsil olunur.
Sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 105 kv.m sahədə lövhə quraşdırılmış, lövhədə "Azərbaycan Hava Yolları" aviaşirkəti üçün xüsusi yer ayrılmışdır. Sərgiyə gələn ziyarətçi və iştirakçılara ingilis dilində müxtəlif növ reklam-çap məhsulları, eləcə də digər təbliğat materialları paylanmışdır.
2002-ci ildən başlayaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq onuncu dəfədir ki, "WTM" Beynəlxalq Turizm Sərgisində iştirak edir. Ötən il sərgidə ölkəmiz ilə yanaşı, 185 ölkədən 5117-yə yaxın şirkət təmsil olunmuşdur.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında