II Bakı Beynəlxalq Teatr Konfransı dünya teatr prosesinin inkişafına yeni töhfələr verəcək

Noyabrın 6-da "Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər" mövzusunda II Bakı Beynəlxalq Teatr Konfransı başa çatmışdır.
AzərTAc xəbər verir ki, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə keçirilən konfransda dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak etmişlər.
Noyabrın 5-də başlanan konfrans iki gün ərzində işini plenar iclaslarla davam etmişdir.
Konfransın bağlanış mərasimində çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev II Bakı Beynəlxalq Teatr Konfransına ev sahibliyi etməyin qürurverici bir hadisə olduğunu demişdir.
Bildirilmişdir ki, teatr çətin və ağır mexanizmə malik kiçik bir dövlətdir və ona rəhbərlik etmək üçün böyük istedada malik olmaq lazımdır. Müxtəlif teatrların ayrı-ayrı çətinliklərlə qarşılaşdıqları, ən vacib problemin isə ünsiyyət, tamaşaçı ilə dialoqa girmək olduğu vurğulanmışdır.
Dünyanın müxtəlif ölkələrində teatra marağın fərqli olduğu nəzərə çatdırılaraq bildirilmişdir ki, tamaşaçını cəlb edən səbəblər onların zövqündən, dünyagörüşündən asılıdır. Teatrın ən böyük qayəsi insanların teatra olan maraqlarını artırmaq, məqsədi isə tamaşaçıya sevgi bəxş etməkdir.
Vurğulanmışdır ki, 2014-cü ildə Bakıda təşkil olunacaq III Beynəlxalq Teatr Konfransı çərçivəsində Beynəlxalq Teatr İnstitutunun növbəti qurultayının da paytaxtımızda keçirilməsi nəzərdə tutulur.
Qeyd edilmişdir ki, müxtəlif ölkələri təmsil edən teatr mütəxəssislərinin qatıldıqları bu tədbir dünya teatr prosesinin inkişafına öz dəyərli töhfəsini verəcəkdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında