Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir

Noyabrın 5-də Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş ədəbi-bədii gecə keçirilmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycan Televiziyası və Radiosu Gününə həsr olunmuş tədbir Müslüm Maqomayevin "Radio marşı"nın səsləndirilməsi ilə başlanmışdır.
Bildirilmişdir ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişləri efirə çıxmışdır. Həmin gün "Danışır Bakı!" sədası bütün respublikaya yayılmış və bu, xalqımızın siyasi və mədəni həyatında böyük bir yenilik olmuşdur.
Vurğulanmışdır ki, 86 yaşlı Azərbaycan Radiosu, 56 yaşlı Azərbaycan Televiziyası ötən illərdə böyük inkişaf yolu keçmiş, öz fəaliyyəti boyu mədəniyyətimizin keşiyində dayanmış, xalqımızın maariflənməsində, milli mənəvi dəyərlərimizin təbliği və qorunmasında mühüm rol oynamışdır. Müstəqillik illərində Azərbaycan Teleradiosu dövlətimizlə birgə addımlamış, ölkə həyatının ayrı-ayrı sahələrində baş verən hadisələr barədə ən dəqiq məlumatları tamaşaçı və dinləyicilərə çatdırmışdır.
Diqqətə çatdırılmışdır ki, Azərbaycan Televiziyasını xalqın milli sərvəti adlandıran ümummilli lider Heydər Əliyev daim onun inkişafına yüksək diqqət və qayğı ilə yanaşmışdır. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyev də milli teleradiomuzun Azərbaycan ədəbi dilinin inkişafında, mədəniyyətimizin, ədəbiyyatımızın təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rolunu yüksək qiymətləndirir.
Mərasimdə Azərbaycan Teleradiosunda son illər aparılan ciddi islahatlardan, yeniliklərdən razılıqla danışılmışdır.
Gecədə çıxış edən tanınmış ziyalılar Azərbaycan Teleradiosunun ölkənin siyasi, iqtisadi, mədəni həyatında baş verən yenilikləri böyük peşəkarlıqla tamaşaçılara çatdırdığını, onun maraqlı proqram və verilişlərinin ölkə ictimaiyyətində razılıq doğurduğunu bildirmişlər.
Natiqlər Azərbaycan Teleradiosunun ölkəmizin hərtərəfli tərəqqisini öz proqram və verilişlərində peşəkarlıqla əks etdirdiyini qeyd etmiş, bu qurumun mədəniyyətimizin, incəsənətimizin təbliğindəki xidmətlərini yüksək qiymətləndirmiş və yaradıcı kollektivə uğurlar arzulamışlar.
Tədbirdə "Azərbaycan Televiziya və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin Səid Rüstəmov adına xalq çalğı alətləri orkestri, Niyazi adına simfonik orkestri və Tofiq Əhmədov adına estrada simfonik orkestrinin müşayiəti ilə tanınmış incəsənət ustalarının təqdim etdiyi rəngarəng konsert proqramı böyük maraqla dinlənilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında