Dünya şöhrətli Azərbaycan müğənnisi Müslüm Maqomayevin xatirəsi anılmışdır

Xalqımızın böyük oğlu, SSRİ-nin və Azərbaycanın xalq artisti, "Şöhrət" və "İstiqlal" ordenli görkəmli müğənni Müslüm Maqomayevin vəfatından 4 il ötür. 
AzərTAc xəbər verir ki, bu münasibətlə oktyabrın 27-də dünya şöhrətli müğənninin uyuduğu Fəxri Xiyabanda böyük sənətkarın xatirəsi ehtiramla anılmışdır.
Mərasimdə sənətkarın həyat yoldaşı, SSRİ xalq artisti Tamara Sinyavskaya, dövlət və hökumət rəsmiləri, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri və musiqisevərlər iştirak etmişlər.
Görkəmli sənətkarın məzarı önünə əklil qoyulmuş, tər çiçəklər düzülmüşdür.
Anma mərasimində tanınmış kinorejissor, xalq artisti Eldar Quliyev çıxış edərək Müslüm Maqomayevin dünya və Azərbaycan musiqi sənətinə verdiyi böyük töhfələrdən, yüksək insani keyfiyyətlərindən söz açmış, onun əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını bildirmişdir.
Sonda mərhum sənətkarın həyat yoldaşı Tamara Sinyavskaya mərasimin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında