Zaqatalada musiqi və dostluq festivalı

Rayonda respublika Təhsil Nazirliyi və icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Dünya bizim evimizdir-onu qoruyaq" devizi altında III Beynəlxalq müsiqi və dostluq festivalı keçirilmişdir.
17 iyun - Ümumdünya səhralaşma və quraqlığa qarşı mübarizə günü münasibətilə keçirilən festivalda Türkiyənin Qəbzə şəhəri Özəl Eyitim qurumlarını təmsil edən müəllim və şagirdlərdən ibarət 39 nəfərlik nümayəndə heyəti, habelə respublikamızın Bakı, Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərini və 10 rayonunu təmsil edən uşaq yaradıcılıq mərkəzlərinin kollektivləri iştirak etmişlər.
İlk öncə festival iştirakçıları Zaqatala şəhərində ekoloji yürüş təşkil etmiş, sonra ümummilli liderimiz Heydər Əliyevin adını daşıyan parka gələrək ulu öndərin abidəsi önünə tər çiçəklər düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Daha sonra rayon icra hakimiyyətində Türkiyənin Qəbzə Özəl Eyitim qurumları, habelə şəhər və rayonların Uşaq Yaradıcılıq Mərkəzlərinin rəhbərləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısının birinci müavini Elman Ramazanov qonaqları səmimi salamlamış, onlara Zaqatala rayonunun coğrafi mövqeyi, tarixi, təbiəti, iqtisadiyyatı, əhalisi, elm və təhsili, mədəniyyəti barədə ətraflı məlumat vermişdir. Tədbirin əhəmiyyətini xüsusi vurğulayan E.Ramazanov, respublikamızda ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışmış, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğun olaraq 2010-cu ilin respublikamızda "Ekologiya ili" elan edildiyini, bununla əlaqədar təkcə son dövrlərdə Zaqatala rayonunda 246 min ağac tingi əkildiyini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən Qəbzə Özəl Eyitim qurumlarının sahibi Fatin Eyüboğlu, baş direktor Murad Kaya səmimi qonaqpərvərliyə görə minnətdarlıqlarını bildirmiş, Qəbzə şəhərində təşkil olunan beynəlxalq festivallarda Azərbaycandan gəlmiş kolektivlərin, o cümlədən 2007-ci ildə Zaqatala Uşaq Yaradıcılıq Mərkəzi kollektivinin iştirakı barədə məlumat vermişlər. Sonra türkiyəli qonaqlar rayon icra hakimiyyəti rəhbərliyinə xatirə hədiyyələri təqdim etmişlər.
Görüşdən sonra festival iştirakçıları ümummilli liderin adını daşıyan parkda yerləşən Heydər Əliyev Mərkəzinə baxmış, şəhərin mərkəzi hissəsində yeni salınan Zaqatala-Qəbzə dostluq parkında ağac əkmişlər.
Elə həmin gün axşam Heydər Əliyev parkında festivalın təntənəli açılış mərasimi keçirilmişdir. Tədbir iştirakçıları və qonaqlar əvvəlcə parkda təşkil olunmuş ekologiya mövzusunda sərgiyə baxmışlar. Sonra tədbir kollektivlərin geniş konsert proqramı ilə davam etmişdir.{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında