Moskvada vokalçıların M.Maqomayev adına ikinci beynəlxalq müsabiqəsi keçirilmişdir

Moskvada vokalçıların Müslüm Maqomayev adına ikinci beynəlxalq müsabiqəsi başa çatmışdır. Rusiyanın ən iri konsert zallarından biri olan "Krokus Siti Holl"un eyniadlı salonunda keçirilən müsabiqə Müslüm Maqomayevin anadan olmasının 70 illiyinə həsr edilmişdir. 
Müsabiqənin birinci günü münsiflər heyətinin sədri, SSRİ xalq artisti Tamara Sinyavskaya qələbə uğrunda mübarizə aparacaq müsabiqə iştirakçılarına uğurlar arzulayaraq xüsusi vurğulamışdır ki, Müslüm Maqomayev adına ikinci müsabiqə müğənninin 70 illik yubileyinə həsr edilmişdir və onun həyatının davamıdır, "çünki o, heç yerə getməmişdir və həmişə bizimlə olacaqdır".
Müsabiqədə Azərbaycan, ABŞ, Rusiya, Almaniya, Monqolustan, Şimali Koreya, Ukrayna və Belarus nümayəndələri iştirak etmişlər. Onlar Maqomayevin repertuarından mahnılar, opera və estrada əsərləri ifa etmişlər.
Vokalçıların Maqomayev adına müsabiqəsinin qalibi Özbəkistan nümayəndəsi olmuşdur. Münsiflər heyəti bas-bariton Jenisbek Piyazovu Qran-pri mükafatına layiq görmüşdür. Birinci mükafatın laureatı Rusiyalı Sergey Plyusnin olmuşdur.
Seçim mərhələsində 200-dən çox artist iştirak etmişdir. Müsabiqə yarışlarına 17 nəfər çıxmış, finala 10 nəfər qalmışdır. Bu mötəbər müsabiqədə Azərbaycanı təmsil edən Xəyyam Mustafayev finala çıxa bilməmişdir.
Konsertin yekun hissəsində xüsusi dəvət edilmiş qonaq, tanınmış Azərbaycan bəstəkarı və müğənnisi EMİN "My Way" mahnısını ifa etmişdir.
Qeyd edək ki, bu il münsiflər heyətində Rusiya, Azərbaycan, İtaliya və Latviyadan aparıcı opera solistləri, görkəmli incəsənət xadimləri və musiqiçilər təmsil olunmuşdular. Onların arasında SSRİ və Azərbaycan xalq artisti Fərhad Bədəlbəyli olmuşdur.
Təntənəli mükafatlandırma mərasimindən sonra münsiflər heyətinin sədri Tamara Sinyavskaya vokalçıların müsabiqəsinin təşkilinə və keçirilməsinə kömək edən və müsabiqədə iştirak edən hər kəsə minnətdarlığını bildirmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.

{nl}

Asya HACIZADƏ AzərTAc-ın xüsusi müxbiri
Moskva


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında