Bosniya və Herseqovinanın Rəyasət Heyəti Sədrinin xanımı Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur

Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Bakir İzetbeqoviçin xanımı Sebiya İzetbeqoviç oktyabrın 18-də Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşdur.
AzərTAc xəbər verir ki, qonağa Dənizkənarı Milli Parkda yerləşən mərkəz haqqında ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin qorunması və dünyada geniş təbliği ilə bağlı reallaşdırdığı layihələr sırasında xüsusi əhəmiyyəti olan bu mərkəz Azərbaycanın birinci xanımı, fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə inşa edilmişdir.
2005-ci ilin avqustunda Prezident İlam Əliyevin və birinci xanım Mehriban Əliyevanın, UNESCO-nun sabiq baş direktoru Koişiro Matsuuranın iştirakı ilə təməli qoyulmuş Beynəlxalq Muğam Mərkəzinin binası Azərbaycanın qədim musiqi alətlərindən olan tarın hissələrini xatırladır. İnşaat işləri zamanı 2 mindən çox müxtəlif ölçülü şüşədən istifadə olunmuşdur. Beynəlxalq Muğam Mərkəzində 350 yerlik konsert salonu, klub, 80 nəfərlik restoran, dərs otaqları, səsyazma studiyası vardır.
Diqqətə çatdırılmışdır ki, 2008-ci il dekabrın 27-də Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Beynəlxalq Muğam Mərkəzinin açılışı olmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan muğamının bəşər mədəniyyətinin nadir inciləri ilə bir sırada UNESCO-nun dünya qeyri-maddi mədəni irs siyahısına daxil edilməsi onun nə dərəcədə bənzərsiz sənət növü olduğunu bir daha təsdiqləyir.
Xanım Sebiya İzetbeqoviç gənc muğam ifaçıları Aytən Məhərrəmova və Elnur Zeynalovun ifasında "Çahargah" və "Şur" muğamını, "Qarabağ" mahnısını dinləmişdir. Azərbaycan muğamlarından xüsusi zövq alan qonaq ifaçılarla görüşmüş və onlara uğurlar arzulamışdır.
Qonağa Heydər Əliyev Fondu tərəfindən hazırlanmış musiqi albomu hədiyyə edilmişdir.
Xanım Sebiya İzetbeqoviç Beynəlxalq Muğam Mərkəzindən xoş təəssüratlarla ayrılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında