Xurşidbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı, dövrünün görkəmli maarifçisi, ictimai xadimi və xeyriyyəçisi kimi tanınmışdır

Oktyabrın 11-də "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin, Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) və Şuşa Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə görkəmli şair Xurşidbanu Natəvanın 180 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tanınmış elm və mədəniyyət xadimlərinin, incəsənət ustalarının və ədəbiyyatsevərlərin qatıldıqları tədbirdə şairin həyat və fəaliyyətindən söz açılmış, ona həsr olunmuş təqdimat nümayiş etdirilmişdir.
Tədbirdə "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycan İcması" İctimai Birliyinin rəhbəri, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxış edərək görkəmli poeziya ustası Xurşidbanu Natəvanın Azərbaycan tarixi və ədəbiyyatındakı əvəzsiz xidmətlərindən bəhs etmişdir.
AMİ-nin rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı həssas qəlbli şairin həyat və yaradıcılığından bəhs etmişdir. Bildirmişdir ki, el arasında "Xan qızı" adı ilə məşhur olan Xurşidbanu Natəvan incə ruhlu şair olmaqla yanaşı, dövrün görkəmli maarifçisi, ictimai xadimi, xeyriyyəçisi kimi tanınmış və ümumxalq məhəbbəti qazanmışdır.
Azərbaycan ədəbiyyatının inkişafında qadın poeziya ustadımızın yaradıcılığının xüsusi əhəmiyyət daşıdığını vurğulayan A.Naxçıvanlı qeyd etmişdir ki, Xurşidbanu Natəvan zəmanəsinin görkəmli şəxsiyyətlərindən olmuş, təkcə Azərbaycanda deyil, bütün Qafqazda xeyirxahlığı ilə tanınmışdır.
Şuşa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsalə Əliyeva, filologiya üzrə elmlər doktorları Ramil Əliyev və Əlizadə Ələsgərli şairin həyat və yaradıcılığından, onun Azərbaycan poeziyasının inkişafındakı xidmətlərindən, Natəvan şerinin poetikasından, ölkəmizin, o cümlədən Şuşanın ictimai-siyasi və mədəni həyatındakı rolundan bəhs etmişlər.
Tədbir iştirakçıları görkəmli şairin yubileyinin ölkə miqyasında geniş qeyd olunması ilə bağlı dövlətimizin başçısı İlham Əliyevin 2012-ci il 3 aprel tarixli Sərəncamının əhəmiyyətini yüksək qiymətləndirmişlər.
Sonda şagirdlərin və tələbələrin ifasında Natəvan poeziyasından şeirlər səsləndirilmiş, ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında