Birinci Bakı Beynəlxalq İdman Filmləri Festivalı Azərbaycanın mədəniyyət və idman həyatında əlamətdar hadisədir

Oktyabrın 9-da Nizami Kino Mərkəzində Birinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının təntənəli açılışı olmuşdur. AzərTAc xəbər verir ki, tanınmış kino və incəsənət xadimlərinin, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın idman uğurlarına həsr olunmuş filmin nümayişi ilə başlanmışdır. 
Açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək Birinci Bakı Beynəlxalq İdman Filmləri Festivalının Azərbaycanın mədəniyyət və idman həyatında əlamətdar hadisə olduğunu vurğulamışdır. Nazir demişdir ki, 18 ölkədən 50-dən çox bədii və sənədli filmin qatıldığı festivalın münsiflər heyətində bir neçə ölkənin tanınmış kino xadimlərinin təmsil olunması və Serbiya Kinematoqrafçılar İttifaqı sədrinin münsiflər heyətinə rəhbərlik etməsi ölkəmizdə ilk dəfə keçirilən bu tədbirin əhəmiyyətini daha da artırır.
Ölkəmizdə mədəniyyətin və idmanın inkişafına göstərilən dövlət qayğısından danışan Ə.Qarayev bu günlərdə Prezident İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyinin qeyd edilməsi ilə bağlı imzaladığı sərəncamı xatırlatmışdır. İdman və mədəniyyətin bir-birindən ayrılmaz olduğunu vurğulayan nazir, festivalın işinə uğurlar arzulamışdır.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov idmanın, sağlam həyat tərzinin, ölkəmizin uğurlarının və gələcək nəsillərin sağlamlığının təbliği baxımından festivalın əhəmiyyətini qeyd etmişdir. Nazir demişdir ki, Azərbaycan idmançılarının London Yay Olimpiya Oyunlarında əldə etdikləıi nailiyyət böyük göstəricidir. Bu uğurların qazanılmasında dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin xidmətlərini yüksək qiymətləndirmək lazımdır.
Ölkəmizdə idmanın inkişafının yüksək səviyyədə olduğun qeyd edən A.Rəhimov bildirmişdir ki, son illər Bakıda və regionlarda yeni və müasir idman kompleksləri idmançıların istifadəsinə verilmişdir.
Festivalın münsiflər heyətinin sədri, Serbiya Kinematoqrafçılar İttifaqının sədri, kinorejissor Yovan Markoviç və münsiflər heyətinin üzvləri festivalın keçirilməsinə yaradılan şəraitə görə Azərbaycan dövlətinin başçısına minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının və Azərbaycan Karate Federasiyası üzvlərinin, Dövlət Rəqs Ansamblının çıxışları maraqla qarşılanmışdır.
Sonda rejissor Rafiq Quliyevin "Salnamə" kinostudiyasında istehsal olunmuş "Çövkən" və rusiyalı kinorejissor Yevgeni Yaşinin "Qələbə bizim olacaq" qısametrajlı filmləri nümayiş etdirilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında