Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabi bütün türk dünyasının dahi mütəfəkkiridir

Dövri mətbuatımızın ilk qaranquşu, XIX əsr Azərbaycan ictimai-siyasi həyatının aynası olan "Əkinçi" qəzetinin (1875-1877) mətnləri Türkiyədə kitab halında nəşr edilmişdir.
Cəmi 56 nömrəsi işıq üzü görmüş qəzetdə dərc edilən materiallar Türkiyənin Mərmərə Universitetinin professoru Okan Yeşilotun "Hasan Melikzade Zerdabi ve "Ekinci" gazetesi" adlı kitabında toplanmışdır.
Oktyabrın 6-da Parlament Jurnalistləri Birliyi və "Lider Qadınlar" İctimai Birliyinin birgə təşkilatçılığı ilə Azərbaycanda Atatürk Mərkəzində kitabın təqdimatı olmuşdur.
Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı kitabın Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anadan olmasının 170 illik yubileyi münasibətilə nəşr edildiyini bildirmişdir.
Nəşrin Milli Mətbuat Günündə - iyulun 22-də tam hazır olduğunu qeyd edən E.Eyvazlı bildirmişdir ki, "Hasan Melikzade Zerdabi ve "Ekinci" kitabının ilk təqdimatı Türkiyədə təşkil olunmuşdur. Həsən bəy Zərdabinin həyat və yaradıcılığına həsr olunmuş bu kitab qardaş ölkədə böyük maraqla qarşılanmışdır.
Mərasimdə çıxış edən Milli Məclisin deputatı, "Lider Qadınlar" İctimai Birliyinin sədri Məlahət İbrahimqızı bildirmişdir ki, mətbuat tarixinin nadir nüsxəsi sayılan "Əkinçi"nin Türkiyədə nəşrinin böyük əhəmiyyəti vardır. Bu qəzet təkcə Azərbaycan deyil, bütün türk dünyasının ilk dövri nəşri, ilk mətbuat qaranquşudur. Kitabın naşiri Okan Yeşilot da məhz bu məqamı nəzərə alaraq ədəbiyyatşünas, tarixçi və dilçilərə bu qiymətli hədiyyəni çatdırmışdır.
Milli Məclisin deputatlarının, ictimai təşkilatların təmsilçilərinin, ziyalıların və KİV-lərin nümayəndələrinin iştirak etdikləri tədbirdə kitabın Türkiyədə nəşrinin əhəmiyyətindən bəhs olunmuşdur.
Bildirilmişdir ki, "Əkinçi"nin Türkiyədə işıq üzü görməsi Həsən bəy Zərdabinin ruhuna türk dünyasının ehtiramıdır. "Əkinçi"yə göstərilən bu diqqət bir daha onun qurucusu H.Zərdabinin bütün türk dünyasının dahi mütəfəkkiri olduğunu sübut edir.
Mərasim iştirakçılarına minnətdarlığını bildirən kitabın müəllifi Okan Yeşilot qeyd etmişdir ki, Azərbaycan mədəni-ictimai fikir tarixinin görkəmli şəxsiyyətlərindən biri olan Həsən bəy Zərdabinin zəngin irsi bütün türk dünyası tərəfindən öyrənilməli və təbliğ edilməlidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında