Latviyanın sabiq prezidenti Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi ilə tanış olmuşdur

Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlers oktyabrın 6-da Bakının yaxınlığındakı Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksində olmuşdur.
Qonağa məlumat verilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə həyata keçirilən bu layihə ölkəmizin tarixi keçmişinin qorunub saxlanılması ilə yanaşı, respublikamızın turizm mərkəzlərindən birinə çevrilməsinə də xidmət edir. Burada yaradılmış Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisində eramızdan əvvəl III minillikdən XX əsrə qədərki dövrə aid kurqanlar, sərdabalar, evlər, ovdanlar, qədim qəsrin qalıqları, 5 məscid, 3 hamam və s. vardır. Bu abidələrin qorunması və qoruğun daha da zənginləşdirilməsi üçün 2008-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə burada açıq səma altında ilk arxeoloji-etnoqrafik muzey kompleksi yaradılmışdır.
Latviya Respublikasının sabiq prezidenti Valdis Zatlersə məlumat verilmişdir ki, burada Əntiq Əşyalar Muzeyi də fəaliyyət göstərir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan muzeydə uzun illər ərzində yığılan zəngin kolleksiya hazırda üç minədək maddi mədəniyyət nümunəsini əhatə edir. Kolleksiyanın əsasını təşkil edən Azərbaycan sənətkarlarının yaratdığı əntiq əşyalar dəfələrlə beynəlxalq sərgilərdə nümayiş etdirilmiş və böyük maraqla qarşılanmışdır. Muzeydə bu nadir toplunun 800 eksponatı nümayiş etdirilir.
Qonağa Qala abidə kompleksi haqqında da məlumat verilmişdir. Qeyd edilmişdir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun "Abşeron" arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə burada qazıntı işləri aparmışdır. Qazıntılar nəticəsində e.ə. III-II minilliyə, həmçinin XIV-XV əsrlərə aid müxtəlif tapıntılar aşkar edilmişdir. Kompleksə daxil olan X-XIV əsrlərə aid Qala qəsri qüllədən və istehkamdan ibarətdir. Müşahidə və mühafizə məqsədi ilə istifadə olunmuş X-XIV əsrlərə aid qüllənin hündürlüyü 13,8 metrdir. XVI-XVII əsrlərin yadigarı olan istehkamda X-XVI əsrlərə aid qızıl pullar, qızıl qolbaq qalıqları, keramika nümunələri sərgilənir.
Qonağın diqqətinə çatdırılmışdır ki, dünyanın ən qədim insan məskənlərindən olan Azərbaycanın ərazisi arxeoloji abidələrlə, maddi-mədəniyyət nümunələri ilə zəngindir. Kompleksin ərazisində Abşeron yarımadasında aşkar edilmiş arxeoloji, memarlıq abidələri toplanmış və bərpa olunmuşdur.
Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi Latviyanın sabiq Prezidentində böyük maraq doğurmuşdur.

{nl}


AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında