Azərbaycan filmi "Oskar" mükafatına təqdim olunub

"Oskar" Milli Komitəsinin üzvü Əli İsa Cabbarov bildirib ki, "Buta" filmi beynəlxalq festival və müsabiqələrdə qazandığı uğurlara görə komitənin seçimi ilə Amerikaya göndərilib və artıq "Oskar"ın ilkin siyahısına daxil edilib. 
Bu siyahıda 40 film var. Növbəti mərhələyə 12, son mərhələyə isə 5 film keçəcək. Növbəti mərhələnin yekunları dekabr ayında açıqlanacaq.Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Azərbaycanfilm" və "Buta Film" kino şirkətinin birgə istehsalı olan ekran əsərinin rejissoru İlqar Nəcəf, ssenari müəllifi Ramiz Fətəliyev və İlqar Nəcəfdir. Film Türkiyə, Rusiya, Özbəkistan, Estoniya, ABŞ, Avstraliya və İtaliyada beynəlxalq kinofestivallarda iştirak edib. 2011-ci ildə Asiya-Sakit Okean Kino Akademiyasının "Ən yaxşı uşaq filmi" nominasiyasında məhz "Buta" filmi qalib olub. Bundan əlavə, Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən festivalın "Qran-pri" mükafatını və ABŞ-ın "World Fest - Houston International" film festivalında "Platinum Remi" mükafatını qazanıb.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında