Müasir İncəsənət Muzeyi ilə tanışlıq

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycan Respublikasına səfərə gələn Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel oktyabrın 3-də Müasir İncəsənət Muzeyi ilə tanış olmuşdur.
Qonağa məlumat verilmişdir ki, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılmış muzeyin zəngin ekspozisiyasının əsasını XX əsrin ikinci yarısından bu günədək Azərbaycanın ən yaxşı avanqard rəsm və heykəltəraşlıq əsərləri təşkil edir. Muzeydə Azərbaycanın adlı-sanlı və gənc, əsasən avanqard üslubda işləyən rəssam və heykəltəraşların işləri toplanmışdır.
Estoniya Respublikasının keçmiş Prezidenti xalq rəssamları Səttar Bəhlulzadə, Böyükağa Mirzəzadə, Elmira Şahtaxtinskaya, Tahir Salahov, Ömər Eldarov, Nadir Əbdürrəhmanovun və tanınmış digər fırça və tişə ustalarının əsərləri ilə tanış olmuşdur.
Qonaq Qərbi Avropa incəsənəti salonunda nümayiş etdirilən Pablo Pikasso, Salvador Dali, Mark Şaqal kimi dahi klassiklərin əsərlərinə böyük maraqla baxmışdır.
Bildirilmişdir ki, dizayn müəllifi tanınmış rəssam Altay Sadıqzadə olan bu mədəniyyət məbədində uşaq incəsənəti salonu, kitabxana, videosalon, restoran və art-kafe də fəaliyyət göstərir.
Estoniya Respublikasının keçmiş Prezidenti Arnold Rüütel muzeyin kitabxanası ilə də tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, burada incəsənət sahəsinə aid kitablar toplanmışdır.
Keçmiş Prezident Arnold Rüütel muzeydən zəngin təəssüratlarla ayrılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
November, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Hava haqqında