Gürcüstanla mədəni əlaqələr genişlənir

Azərbaycan və gürcü xalqlarının tarixi dostluq əlaqələri davam etməkdədir. Bu əlaqələrin inkişafında ulu öndər Heydər Əliyev və onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin xidmətləri olduqca böyükdür. Gürcüstan-Azərbaycan münasibətlərinin hazırki dinamik inkişafı, xalqlarımızın məqsəd birliyi, ölkələrimizin eyni mövqedə durmaları və nəhayət prezidentlərimizin şəxsi dostluq və qardaşlıq əlaqələri regionda sülhə, tərəqqiyə nail olmaqla müstəqilliyimizin möhkəmlənməsinə və əbədi olmasına xidmət edir.
Gürcüstanla Azərbaycan arasında mədəni əlaqələr də ildən-ilə genişlənməkdədir. Bu əlaqələrin inkişafında qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi də əhəmiyyətli rol oynayır. Dünəndən Azərbaycanda başlanan Gürcüstan mədəniyyəti günləri də bu sahədə yeni yaxınlaşma baxımından əlamətdardır.
Dünən Mədəniyyət və Turizm Nazirliyində tədbirin açılışına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Bu münasibətlə bu gün Azərbaycan-Gürcüstan mədəniyyəti üzrə alt komissiyasının 2-ci iclası keçiriləcək. Gürcüstan Mədəniyyət Abidələri Mühafizəsi və İdman Nazirliyinin rəsmi nümayəndə heyətinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycan və Gürcüstan mədəniyyətlərinin inkişaf tendensiyaları ilə bağlı məruzələr dinləniləcək, müzakirələr aparılacaqdır.
S.Bəhlulzadə adına Mərkəzi sərgi salonunda Gürcüstan rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq. Bu gün, həmçinin, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında İ.Suxişvili və N.Ramişvili adına Gürcüstan Rəqs Ansamblının konserti, eyni zamanda Bakı Caz Mərkəzində caz kollektivinin konserti olacaq.
Gənc Tamaşaçılar Teatrında isə "Biderman" tamaşası oynanılacaq.
Bundan başqa, nümayəndə heyətinin şəhərimizin görkəmli yerləri, tarixi abidələri ilə tanışlığı da nəzərdə tutulmuşdur.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında