"City Mansion" turistlərin sevimli ünvanıdır

Son illərdə Azərbaycanda turizmin inkişafına dair mühüm tədbirlər həyata keçirilmiş, milli turizm kompleksinin infrastrukturu yaradılmış, beynəlxalq turizm bazarına inteqrasiyanın əsası qoyulmuşdur.
Ölkədə fəaliyyət göstərən turizm müəssisələrinin sayı artmış, bu sektorda çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsi yüksəldilmişdir. Respublikamıza səfər edən turistlərin sayı da ilbəil artmışdır. Bunlarla yanaşı, turist yerləşdirmə biznesi də dinamik şəkildə inkişaf etdirilmiş, mehmanxana və bu tipli müəssisələrin sayı xeyli çoxalmışdır. Hazırda paytaxt və bölgələrin turizm baxımdan ən əlverişli yerlərində müasir standartlara cavab verən otellər fəaliyyət göstərir. "City Mansion" da belə bir qurum kimi turizm sahəsində uğurlu addımlar atır.
1996-cı ildən fəaliyyətə başlayan bu oteli Sinqapurun tanınmış "Keppel Group" holdinqinə daxil olan "FELS Baku Ltd." şirkəti inşa edib istismara vermişdir. "Keppel Group" ARDNŞ-lə birgə müəsissə olan "Caspian Shipyard Company" şirkəti vasitəsi ilə ölkəmizin neft sektorunda böyük investisiyalı layihələrdə də uğurla iştirak edir. "City Mansion" qısa müddətdə daimi müştəri bazasına nail olmuş, ölkə daxilində və xaricdə yaxşı tanınmışdır. Otel ilk və yeganə apartment tipli iri turizm müəsissəsi kimi aparıcı mövqeyini bu günədək qoruyub saxlamaqdadır.
Əsas nailiyyət isə turizm müəssisəsinin peşəkar, zəhmətsevər əməkdaşlar kollektividir. İşçi heyət iqtisadiyyata və ölkədə turizm sektorunun inkişafına verdiyi töhfələrə görə tanınmış "Consulting & Business" jurnalının "Uğur" mükafatı ilə qiymətləndirilmişdir.
Marketinq və satış üzrə menecer Aytən Sultanova dedi:
- Müstəqillik əldə etdikdən sonra respublikada bazar münasibətlərinin inkişafı, turizm probleminin həll olunması, yeni makroiqtisadi strukturun - turizm sektorunun yaradılması əsas vəzifələrdən idi. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, radikal islahatlar Azərbaycanı inkişaf yoluna çıxartdı.
Ümummilli liderin siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev respublikamızın dinamik inkişafına, dövlətçiliyin möhkəmləndirilməsinə, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla və sürətlə həyata keçirilməsinə nail olmuşdur. Respublikamızda hər bir sahəni diqqət mərkəzində saxlayan dövlət başçısı turizm sektorunun inkişafına dair bir sıra dövlət proqramları, fərman və sərəncamlar imzalamışdır.
Prezidentin 2010-cu il 6 aprel tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nda və 14 aprel 2009-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"n da ölkədə turizmin durmadan inkişaf etdirilməsinə dair tədbirlərin həyata keçirilməsi üçün dövlət orqanları, biznes qurumları, o cümlədən turizm müəssisələri qarşısında mühüm vəzifələr qoyulmuşdur.
Qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün "City Mansion" oteli də özünün "inkişaf siyasəti"ni müəyyən etmişdir. Ölkəmizdə son illər əldə olunmuş sosial-iqtisadi irəliləyiş, özəl bölməyə dövlət qayğısı, əmin-amanlıq yeni uğurlar üçün geniş imkanlar açmışdır. Dünyanın inkişaf etmiş dövlətlərində olduğu kimi, Azərbaycanda da turizm sektoru qısa müddətdə aparıcı mövqelərdən birini tutmuşdur. Ölkəmiz tezliklə bu sahədə də regionun lider dövləti kimi tanınacaq.{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında