Nizami irsinin təbliği

Bəşəriyyətin bədii fikir salnaməsində yeni parlaq səhifə açmış qüdrətli söz ustası Nizami Gəncəvinin ölməz əsərləri bu gün də insanların mənəviyyatının kamilləşməsinə misilsiz xidmət göstərir. Onun dünyanın ən zəngin kitabxanalarını bəzəyən əsərləri Şərqdə incəsənətin, xüsusən də miniatür sənətinin inkişafına böyük töhfə vermişdir.  
Bu günlərdə Nizami Gəncəvinin anadan olmasının 870 illiyi münasibətilə türkdilli ölkələrin Milli Kitabxanalarının nümayəndələrinin iştirakı ilə "Nizami irsinin təbliği"mövzusunda Beynəlxalq Elmi Konfrans keçrilmişdir.Tədbir Mədəniyyət və Turizm Nazirliyi , TÜRKSOY , Azərbaycan Milli Kitabxanasının təşəbbüsü ilə təşkil olunmuşdur .
Mərasimi giriş sözü ilə Milli Kitabxananın direktoru Kərim Tahirov açmış, Nizami Gəncəvinin yubileyinin beynəlxalq səviyyədə keçirilməsində göstərilən dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə TÜRKSOY təşkilatına minnətdarlığını bildirmişdir.
Sonra söz mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevə verilmişdir.Nazir müavini qonaqları salamlayaraq Nizami Gəncəvinin 870 illik yubileyinə həsr olunmuş silsilə tədbirlər barədə danışmışdır.
TÜRKSOY təmsilçisi Liliya Səttarova təşkilat adından türk xalqlarının görkəmli şəxsiyyətlərinin yubileylərinin keçirilməsinin ənənə halını aldığını qeyd etmişdir.
AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli əsas məruzəçi kimi "Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin həyat və yaradıcılıği haqqında" məruzə ilə çıxış etmişdir.
Türkiyə Milli Kitabxanasının direktoru Tuncel Acarın "Nizami Gəncəvinin türk ədəbiyyatı tarixində yeri və önəmi", Qırğızıstan Milli Kitabxanasının şöbə müdiri Çolpon Şabdanovanın "Qırğızıstanda Nizami irsinin təbliği",Çexiya Milli Kitabxanasının şöbə müdiri Cindrich Marekin"Nizami əlyazmalarının Çexiya Milli Kitabxanasında qorunması" mövzularında çıxışları maraqla qarşılanmışdır.
Milli kitabxananın Elektron resursların yaradılması şöbəsinin müdiri Rübabə Səfərova "Nizami Gəncəvi" elektron məlumat bazasını konfrans iştirakçılarına təqdim etmişdir. Tədbirdə Nizami Gəncəvinin "Sənsiz"i Bülbülün, dahi bəstəkar Üzeyir Hacibəyovun "Sevgili canan"ı Müslüm Maqomayevin ifasında səsləndirilmişdir.
Konfransda həmçinin Milli Kitabxanın əməkdaşları tərəfindən hazırlanmış "Nizami Gəncəvi. Biblioqrafiya" kitabının təqdimat mərasimi keçirilmişdir. Kitabin redaktoru Mədinə Vəliyeva biblioqrafiya haqqında geniş məlumat vermişdir.Kitabda Nizami Gəncəvinin həyat və yaradıcıliğının əsas tarixləri, aforizmləri, görkəmli şəxsiyyətlərin Nizami haqqında fikirləri, şairin kitablari, monoqrafiyaları, avtoreferat və dissertasiyalar, dövri mətbuatda çap olunan məqalələr toplanmışdır.Vəsaitdə ədəbiyyat bölmələr daxilində xronoloji qaydada əlifba sırası ilə verilmiş, Azərbaycan, rus və xarici dillərdə dərc olumuş ədəbiyyat öz əksini tapmışdır.
Bundan başqa, tədbirdə Azərbaycan Milli Kitabxanası və Türkiyə Cümhuriyyətinin Milli Kitabxanası arsında əməkdaşlıq haqqında memorandumun rəsmi imzalanma mərasimi olmuşdur.
İmzalanma mərasimindən sonra Nizami Gəncəvinin Türkiyə Milli Kitabxanasında qorunan qədim "Xəmsə"sinin surəti, Çexiya Milli Kitabxanasında mühafizə edilən "Xəmsə"nin illüstrasiyaları, Füzulinin, Nəsiminin, Xəqaninin əlyazmalarının surəti Azərbaycan Milli Kitabxanasına hədiyyə edilmişdir.
Mərasimin sonunda iştirakçılar Nizaminin həyat və yaradıcılığını özündə geniş əks etdirən kitab sərgisi ilə tanış olmuşlar.

{nl}

Ülviyyə VAHİDQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında